| Yuxarı Maralyan | |
|---|---|
| 39°20′01″ şm. e. 47°11′46″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Cəbrayıl rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 280 m |
| Yuxarı Maralyan | |
Yuxarı Maralyan — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
4 oktyabr 2020-ci ildə kənd erməni işğalçılarından azad edilib.
Toponimikası
Düzənlikdədir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şm.-a köçərək məskunlaşması nəticəsində yaranmış iki kənddən nisbətən yüksəklikdə yərləşənidir. Oykonim "yüksəklikdə yərləşən maraluylular” mənasındadır.
İqtisadiyyatı
- Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Cəbrayıl rayonu qaralamaları
- Kənd qaralamaları
- Cəbrayıl rayonunun kəndləri