| Yuxarı Qaradağlı | |
|---|---|
| 40°15′56″ şm. e. 48°58′41″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Tərtər rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Yuxarı Qaradağlı | |
Yuxarı Qaradağlı, Qaradağlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
29 may 2015-ci ildə Qaraağacı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndi Yuxarı Qaradağlı kəndi adlandırılmışdır.
Toponimikası
Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Həmçinin bax
- Qaraağacı
- Qapanlı (Tərtər)
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Tərtər rayonu qaralamaları
- Kənd qaralamaları
- Tərtər rayonunun kəndləri
