Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yuxarı Tüləkəran — Azərbaycan Respublikasının Quba rayonunun Tüləkəran kənd inzibati ərazi dairəsində kənd.

Yuxarı Tüləkəran

41°15′53″ şm. e. 48°24′50″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Yuxarı Tüləkəran
41°15′53″ şm. e. 48°24′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Əhalisi
Əhalisi 450 (2009) nəfər
Xəritəni göstər/gizlə
Yuxarı Tüləkəran xəritədə
Yuxarı Tüləkəran
Yuxarı Tüləkəran

Yuxarı Tüləkəran — Azərbaycan Respublikasının Quba rayonunun Tüləkəran kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Tarixi XVIII əsrə təsadüf edir, əvvəllər həmin ərazinin cənub hissəsi mərkəz olmaqla 700 yaşayış məntəqəsi olan Suxtakələ kəndi mövcud olmuşdur, XX əsrin əvvəllərindən başlayaraq isə əhalinin çox hissəsi Xaçmaz ərazisinə köçərək orada məskunlaşmış və orada Suxtakələ kəndini yaratmışlar.

Toponimikası

Yuxarı Tüləkəran oyk.t mür. Ağçayın sahilindədir. Keçmiş adı Tüləkəran olmuşdur. Keçmişdə ondan yaranmış məntəqə Aşağı Tüləkəran, bu kənd isə Yuxan Tüləkəran adlandırılmışdır. Tat dilində iki söz birləsindən əmələ gələn toponimdir. Tülə- Tat dilində «soyulmuş dəri», -Karan evlər, məskan deməkdir.

Mədəniyyəti

  • Əhalisi əsasən əkinçiliklə, çox az hissəsi isə heyvandarlıqla məşğuldur.

Coğrafiyası və iqlimi

  • Əsasən ilin əksər vaxtı yağmurlu keçir. Yayda orta aylıq temperatur 22 dərəcə selsi, Qışda isə –2 dərəcə selsi təşkil edir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 450 nəfər əhali yaşayır.

Din

Kənddə Yuxarı Tüləkəran kənd məscidi dini icması fəaliyyət göstərir.

Həmçinin bax

  • Quba rayonu
Üst