Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zülfüqar Səfər oğlu Abdullayev (1933, Şamxor) — Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayonvə Ucar Rayon Komitəsinin birinci katibi, Şamxor Rayon Xalq Deputat

Zülfüqar Abdullayev

Vikipediya, azad ensiklopediya
Zülfüqar Abdullayev
Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayon Komitəsinin birinci katibi
1970 ?
Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibi
? 1970
Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
? 1965
Şəxsi məlumatlar
Doğum tarixi 1933(1933) (92–93 yaş)
Doğum yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1957-ci ildən)
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Fəaliyyəti siyasətçi

Zülfüqar Səfər oğlu Abdullayev (1933, Şamxor) — Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayonvə Ucar Rayon Komitəsinin birinci katibi, Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Həyatı

1933-cü ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1957-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbi bitirmişdir.

1951-ci ildən kolxozçu olmuşdur. 1953–1957-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda oxumuşdur. 1958–1959-cu illərdə maşın-meliorasiya dəstəsinin rəisi, 1960-cı ildən Şamxor Partiya Komitəsinin təlimatçısı, Şamxor Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1965-ci ildən Yevlax Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, Azərbaycan KP Ucar RK-nın birinci katibi vəzifələrində işləmiş, 1970-ci ildən isə Azərbaycan KP Mirbəşir RK-nın birinci katibidir.

Azərbaycan KP MK üzvlüyünə namizəddir.

Yeddinci, səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Dəmirçilər seçki dairəsi).

Üst