Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zəngəzur nahiyəsi — XIV–XIX əsrlərə aid inzibati ərazi. 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə.

Zəngəzur nahiyəsi

Vikipediya, azad ensiklopediya

Zəngəzur nahiyəsi — XIV–XIX əsrlərə aid inzibati ərazi. 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə.

  • 1. Xınzurək erm. kəndi (15 ailə)
  • 2. Goris erm. kəndi (20 ailə)
  • 3. Kiği. Başqa adı Əliquludur
  • 2 azər. ailəsi + 1 er. ailəsi
  • 4. Kərəhinç erm. kəndi (10 ailə)
  • 5. Daşkənd erm. kəndi (2 ailə)
  • 6. Dığ erm. kəndi (3 ailə)
  • 7. Həsənədərə erm. kəndi (3 ailə)
  • 8. Məlik Əhmədli azərb. kəndi (dağıdılıb)
  • 9. Korad məzrəəsi azərb. kəndi (dağıdılıb)
  • 10Yenicə məzrəəsi azərb. kəndi (dağıdılıb)
  • 11. Kürü azərb. kəndi (dağıdılıb)
  • 12. Şeyx Səbilli məzrəəsi azərb. kəndi (dağıdılıb)
  • 13. Həsənquşçu məzrəəsi azərb. kəndi (dağıdılıb)
  • 14 Yeməzli məzrəəsi. Boyacılı kəndi yaxınlığındadır azərb. kəndi (dağıdılıb)
  • 15. Keşiş məzrəəsi (dağıdılıb)
  • 16. Ağalı məzrəəsi azərb. kəndi (dağıdılıb)
  • 17Boyacılı azərb. kəndi (dağıdılıb)
  • 18 İzzəddinli azərb. kəndi (dağıdılıb)
  • 19 Şixav kəndi. Obadaş və Bacyol məzrəələri azərb. kəndi (dağıdılıb)

1728-ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Qapan livası tərkibində nahiyə

1840-cı ildə Şuşa qəzasının nahiyəsi olmuşdur. Zəngəzur nahiyəsi qəzanın şimal-şərq hissəsini təşkil edir. Cənubdan və cənub-qərbdən (Bazarçayın axarı boyunca) Qafan nahiyəsi ilə həmsərhəddir. Zəngəzur nahiyəsi İlizin (Lçen) çayının axarı, İşıqlı dağı və Mıxtökən yaylası boyunca Sisyan nahiyəsi ilə həmsərhəddir. Zəngəzur nahiyəsi dörd dairəyə (okruq) bölünmüşdü: Hacısamlı, Alyanlı, Bərgüşad və Həkəri dairələri. Bu nahiyənin landşaftını orta hündürlüklü dağlar, sıx meşələr, bərəkətli qara və şabalıdı torpaqlar təşkil edir. Zəngəzurun qəza mərkəzi, Gorus şəhəri bu nahiyədə yerləşirdi 1867-ci il dekabr tarixli fərmana əsasən Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. 1867-ci il dekabr tarixli fərmana əsasən Zəngəzur nahiyəsi Zəngəzur qəzası nın nahiyəsi olmuşdur. Zəngəzur qəzasının eyniadlı nahiyəsinin ərazisi hesabına isə 1930-cu il sentyabrın 9-da Ermənistan SSRnin tərkibində sahəsi 752 km2 olan Gorus rayonu və 1930-cu il avqustun 8-də isə Azərbaycan SSR-nin tərkibində sahəsi 1883 km² olan Laçın rayonu təsis edilmişdir.

Həmçinin bax

  • Zəngəzur
Üst