Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zərbəli Qasım oğlu Qurbanov (1932, Nərimanlı, Basarkeçər rayonu – 2003, Bakı) — Amasiya rayon Partiya Komitəsinin birinci katibi (1981-1985), "Sovet Ermənistanı

Zərbəli Qurbanov

Vikipediya, azad ensiklopediya
Zərbəli Qurbanov
Qurbanov Zərbəli Qasım oğlu
azərb. Qurbanov Zərbəli Qasım oğlu‎
azərb. Qurbanov Zərbəli Qasım oğlu
Amasiya rayon Partiya Komitəsinin birinci katibi
1981 1985
ƏvvəlkiCahangir Əliyev
Sonrakıİldırım Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Nərimanlı, Basarkeçər rayonu, Göyçə mahalı, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (70–71 yaşında)
Vəfat yeri Bakı
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti,
  • Bakı Dövlət Universiteti,
  • Bakı Ali Partiya Məktəbi
Fəaliyyəti siyasətçi, jurnalist
Dini İslam

Zərbəli Qasım oğlu Qurbanov (1932, Nərimanlı, Basarkeçər rayonu2003, Bakı) — Amasiya rayon Partiya Komitəsinin birinci katibi (1981-1985), "Sovet Ermənistanı" qəzetinin redaktoru (1985–14.01.1989)

Həyatı

Zərbəli Qurbanov 1932-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Naxçıvan Pedaqoji Məktəbini, Kənd Təsərrüfatı İnstitutunu, Universiteti, Ali Partiya Məktəbini bitirmişdir.

Məktəb direktoru, kolxoz sədri, Basarkeçər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Amasiya rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan KP MK-nın üzvü, Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ali Sovetin deputatı, Ali Sovet sədrinin müavini olmuşdur.

Zərbəli Qurbanov 1981-1985-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ildən sonra isə "Sovet Ermənistanı"nın redaktoru olmuşdur.

12 iyul 1994-cü ildə Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kadrlar üzrə aparıcı müfəttiş vəzifəsinə təyin olunmuşdur.

1998-ci ildən ömrünün sonuna kimi Prezident aparatının işlər idarəsində çalışmışdır.

2003-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Üst