Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zərgər və ya Yuxarı Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun Zərgər kənd inzibati ərazi dairəsində kənd.

Zərgər (Füzuli)

39°36′49″ şm. e. 47°06′42″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Zərgər
39°36′49″ şm. e. 47°06′42″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Füzuli rayonu
Xəritəni göstər/gizlə
Zərgər xəritədə
Zərgər
Zərgər

Zərgər və ya Yuxarı ZərgərAzərbaycan Respublikasının Füzuli rayonunun Zərgər kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası

Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.

Coğrafiyası və iqlimi

Zərgar kəndinin bir tərəfi Füzuli rayonuna bitişikdir. Cənubdan Fioletovka, qərbdən Kovşad kəndləri ilə əhatə edilmişdir.

İqtisadiyyatı

Zərgar kəndində üzümçülük və kənd təsərrüfatı ilə məşğul olublar.

Həmçinin bax

Üst