Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zəyəm – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Zeykəm (Zəyəm çayının adından götür

Zəyəm (Şəmkir)

40°54′13″ şm. e. 45°53′22″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Zəyəm
40°54′13″ şm. e. 45°53′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 357 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 7 900 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5729
Xəritəni göstər/gizlə
Zəyəm xəritədə
Zəyəm
Zəyəm

Zəyəm – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Zeykəm (Zəyəm çayının adından götürülüb, dəli-dolu deməkdir) olmuşdur. 1594-cü ildə Gəncə-Qazax quberniyasının Zəyəm qəzası yaranıb. 1882-ci ildə onluq və iyirmilik qızıl sikkələr istehsal olunmuşdur. 1882-ci ildə Zəyəm Dəmiryol stansiyası tikilib. 1885-ci ildə Zəyəm orta məktəb (qızlar gimnaziyası) yaradılıb. 1930-cu ildə Zəyəm Dairəsi yaranıb burada icarayə komitəsi, milis və məhkəmə olub.1951-ci ildə Sabirkənd, Bayramlı kəndləri və Zəyəm qəsəbəsi bir sovetlik olub. 1967-ci il aprelin 20-də Zəyəm şəhər tipli qəsəbə adı verilib. Coğrafiyası yaşayış üçün əlverişlidir.

Əhalisi

Qəsəbənin əhalisi 7900 nəfər təşkil edir .

İqtisadiyyatı

Qəsəbədə həmçinin Texnologiya Parkı, Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsi, 2 tam orta məktəb, 1 xəstəxana, 1 doğum evi, 1 baytarlıq məntəqəsi, 1 poçt, 1 ATS, 1 uşaq bağçası, 3 özəl daş karxanası, Şəmkir musiqi məktəbinin filialı, 1 kitabxana, 1 mədəniyyət evi, qaz paylayıcı stansiya, Dəmiryol stansiyası və elektrik şəbəkəsinin Zəyəm yarım paylayıcı stansiyası mövcuddur.

Üst