Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zabitlər parkı – Azərbaycanın paytaxtı Bakı şəhərində, Nəsimi rayonunda yerləşən park. Sahəsi 4 hektardır.

Zabitlər parkı

40°23′07″ şm. e. 49°50′11″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Zabitlər parkı
Məlumatlar
Parkın tipi park
Ölkə
  •  Azərbaycan
Yerləşməsi Səməd Vurğun küçəsi 77, Nəsimi, Bakı, Azərbaycan
Koordinatları 40°23′07″ şm. e. 49°50′11″ ş. u.HGYO
Sahəsi 4 ha
Yaradılıb 2011 (yenidən)
Xəritədə yeri
Xəritə

Zabitlər parkı – Azərbaycanın paytaxtı Bakı şəhərində, Nəsimi rayonunda yerləşən park. Sahəsi 4 hektardır.

Tarix

Şəhərin ən köhnə parklarından biri, əvvəllər bulvar adlanan Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanovun adı verilib. 2009-cu ildə parkda abadlaşdırma işlərinə başlanılıb və Zabitlər parkı 16 mart 2011-ci ildə yenidən açılıb. Yenidən açılışında İlham ƏliyevMehriban Əliyeva iştirak edib.

"Zabitlər" parkının adı bəzi fotoarxiv sənədlərinə əsasən 1940-cı ilə qədər Sovet Ordusu parkı, 1933-cü ilə qədər olan fotosənədlərdə isə Qızıl Ordu parkı kimi qeyd olunub. Böyük Vətən Müharibəsi dövründə park, qəhrəmanlar və faşizmə qarşı döyüşlərdə həlak olanların xatirəsinə həsr olunub. Müharibədən sonra parkın adı dəyişdirilərək iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilmişdir. Həmçinin, park arada "Durnalar" və "Pionerlər" kimi də adlanıb.

Xüsusiyyətlər

Bəzi köhnə cizgilərini çoxillik ağacların kölgəsində gizlədən 4 hektar sahəsi olan Zabitlər parkının siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bu gün Bakının mərkəzi parklarının vizit-kartına çevrilmiş bürünc heykəllər qoyulub: fikrə dalan və gedişini planlaşdıran şahmatçı, çayxana girişində gülərüz çayçı və s. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun bürünc fotoqraf heykəli, bir az aralıda çiçək satan qız heykəli yerləşir.

Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi "buz" kafesi var. Parkda pulsuz Wi-Fi şəbəkəsi quraşdırılıb.

Qalereya

Üst