| Zaur Mikayılov | |
|---|---|
| |
Vəzifədədir | |
| 30 mart 2023-cü ildən | |
| Prezident | İlham Əliyev |
| 5 aprel 2021 – 30 mart 2023 | |
| Əvvəlki | Əhməd Əhmədzadə |
| Sonrakı | Vəzifə ləğv edilib |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1974 (51–52 yaş) |
| Doğum yeri |
|
| Təhsili | |
Zaur Rauf oğlu Mikayılov (1974, Şamaxı rayonu) — Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri (2023).
Həyatı
Zaur Rauf oğlu Mikayılov 1974-cü ildə Şamaxı rayonunda anadan olub. 1999-cu ildə Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.
Ailəlidir, üç övladı var.
Karyerası
1999–2009-cu illərdə Telekommunikasiya sahəsində Mobil operatorlarda Marketinq meneceri, Baş kommersiya müdiri, Baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb.
2009–2016-cı illərdə Paşa İnşaat şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub.
2016–2018-ci illərdə Agro Dairy MMC-də Baş Menecer vəzifəsində çalışıb. Adıçəkilən şirkət "Paşa Holdinq"in strukturuna daxildir.
2018–2021-ci illərdə Azərbaycan Supermarketləri MMC-də İcraçı direktor vəzifəsində çalışıb.
05 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
- 1974-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Şamaxı rayonunda doğulanlar
- Boğaziçi Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Bioqrafik qaralamalar
- Paşa Holdinqin işçiləri
