Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zeyvə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Xankəndi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel

Zeyvə (İsmayıllı)

40°45′ şm. e. 48°24′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Zeyvə
40°45′ şm. e. 48°24′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.003 nəf.
Xəritəni göstər/gizlə
Zeyvə xəritədə
Zeyvə
Zeyvə

ZeyvəAzərbaycan Respublikasının İsmayıllı rayonunun Xankəndi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İsmayıllı rayonunun Zeyvə kəndi Basqal qəsəbə sovetinin tərkibindən Xankəndi kənd sovetinin tərkibinə verilmişdir.

Tarixi

Tarixi abidələri

Qədim memarlıq abidələrindən XIX əsrə aid səkkizbucaqlı türbə mövcuddur.

Coğrafiyası və iqlimi

Kənd Baş Qafqaz yaylasında, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) ətəyində, Basqal qəsəbəsinin yaxınlığında, rayon mərkəzindən 35 km şərqdə yerləşir.

Əhali

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Zeyvə kəndində 22 evdə 66 nəfəri kişilər, 67 nəfəri isə qadınlar olmaqla 133 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Hazırda əhalisi 452 nəfərdir ki, onun da 237 nəfəri kişi, 215 nəfəri qadındır.

İqtisadiyyatı

Əhalisi heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olur.

Təhsil

Kənddə məktəb fəaliyyət göstərir.

Həmçinin bax

Üst