Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zinyət Əliheydər qızı Əlizadə (26 dekabr 1922, Bakı – 1998)— azərbaycanlı dilçi alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi.

Zinyət Əlizadə

Vikipediya, azad ensiklopediya
Zinyət Əlizadə
Zinyət Əliheydər qızı Əlizadə
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (75–76 yaşında)
Milliyyəti azərbaycanlı
Elm sahəsi dilçilik
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adı Professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Bakı Dövlət Universiteti, Filologiya fakültəsi
Mükafatları "Əmək veteranı" medalı

Zinyət Əliheydər qızı Əlizadə (26 dekabr 1922, Bakı1998)— azərbaycanlı dilçi alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi.

Həyatı

Zinyət Əlizadə 26 dekabr 1922-ci ildə anadan olmuşdur. 1941-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi fəaliyyəti

1951-ci ildən etibarən BDU-da müəllimlik fəaliyyətinə başlamışdır. 1963-cü ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır.

Zinyət Əlizadə 150-dən artıq elmi məqalənin və 4 kitabın müəllifidir. Onun aşağıdakı monoqrafiyaları çap olunmuşdur:

  • Müasir Azərbaycan dilində modal sözlər
  • Azərbaycan atalar sözləri və zərb məsəllərinin leksik-semantik xüsusiyyətləri
  • Azərbaycan atalar sözlərinin həyatı

Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələrdə keçirilən türkoloji qurultaylarda və elmi konfranslarda fəal iştirak etmişdir. Onun rəhbərliyi ilə bir neçə namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Üst