Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ziya Ərzuman oğlu Məmmədov (28 aprel 1952, Qazıqumlaq, Ucar rayonu) — Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri.

Ziya Məmmədov

Vikipediya, azad ensiklopediya
Ziya Məmmədov
Azərbaycan Respublikasının
I nəqliyyat naziri
8 avqust 2002 – 13 fevral 2017
ƏvvəlkiVəzifə təsis edilib
SonrakıVəzifə ləğv edilib
Azərbaycan Dövlət Dəmiryol İdarəsinin rəisi
31 iyul 1996 – avqust 2002
SonrakıAsif Əsgərov
Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini
1993 – 1996
SədrVahid Nadirli
Şəxsi məlumatlar
Doğum tarixi 28 aprel 1952(1952-04-28) (74 yaş)
Doğum yeri
  • Qazıqumlaq, Ucar rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Rostov Dövlət Nəqliyyat Universiteti[d]
Fəaliyyəti siyasətçi
Təltifləri "Şöhrət" ordeni — 2012
Fəxri dəmiryolçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziya Ərzuman oğlu Məmmədov (28 aprel 1952, Qazıqumlaq, Ucar rayonu) — Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri.

Həyatı

Ziya Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlamışdır. 1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur.

1974–1980-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində daha sonra 1980–1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışmışdır.

1983–1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984–1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunmuşdur. 1987–1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989–1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləmişdir. 1991–1993-cü illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsində işləmişdirX

Ailəsi

Ailəlidir, 2 övladı var. Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayısı və Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatı Elton Məmmədovun qardaşıdır.

İctimai-siyasi fəaliyyəti

1993–1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-ci il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib.

Fəxri Dəmiryolçudur. Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür. Rusiya Federasiyası Dərbənd şəhərinin fəxri vətəndaşıdır.

Mükafatları

  • 27.04.2012 — Azərbaycan "Şöhrət" ordeni.
Üst