| Ziyafət Əsgərov | |
|---|---|
| |
Vəzifədədir | |
| 23 sentyabr 2024-cü ildən | |
| Sədr | Sahibə Qafarova |
| 24 noyabr 2000 – 2 dekabr 2005 | |
| Sədr | Murtuz Ələsgərov Oqtay Əsədov |
Vəzifədədir | |
| 4 noyabr 1997-ci ildən | |
| Seçki dairəsi | I və II çağırış — proporsional (YAP) III, IV, V və VI çağırış — 76 saylı Lənkəran–Astara VII çağırış — 1 saylı Şərur-Sədərək |
| 2 dekabr 2005 – 10 mart 2020 | |
| Sədr | Oqtay Əsədov |
| Əvvəlki | Arif Rəhimzadə |
| Sonrakı | Əli Hüseynli |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 24 oktyabr 1963 (62 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| Təltifləri | |
Ziyafət Abbas oğlu Əsgərov (24 oktyabr 1963, Aşağı Uzunoba, Naxçıvan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini (2000–2005, 2024-cü ildən) və sabiq birinci müavini (2005–2020), Milli Məclisin I, II, III, IV, V, VI və VII çağırış deputatı (1997-ci ildən).
Həyatı
Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür.
1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və ictimai əsaslarla kafedranın müdiridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.
2005-ci il noyabrın 6-da 76 saylı Lənkəran-Astara seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədridir.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

2024-cü il oktyabrın 8-də Azərbaycan—İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
2024-cü ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının sədri təyin olunub.
2024-cü ilin dekabrın 10-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına üzv təyin olunub.
Evlidir, 2 övladı var.
Mükafatları
- 23.10.2013 —
"Şöhrət" ordeni. - 23.10.2023 —
"Şərəf" ordeni.
- 24 oktyabrda doğulanlar
- 1963-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Babək rayonunda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin məzunları
- Hüquq üzrə fəlsəfə doktorları
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Sodrujestvo" ordeni kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan alimləri
- Azərbaycan Milli Məclisinin I çağırış deputatları
- Azərbaycan Milli Məclisinin II çağırış deputatları
- Azərbaycan Milli Məclisinin III çağırış deputatları
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Milli Məclisinin V çağırış deputatları
- Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
- Azərbaycan Milli Məclisinin VII çağırış deputatları
- Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavinləri
- Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədrləri
- Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri
