| Zərbəli Qurbanov | |
|---|---|
| Qurbanov Zərbəli Qasım oğlu | |
![]() azərb. Qurbanov Zərbəli Qasım oğlu | |
| 1981 – 1985 | |
| Əvvəlki | Cahangir Əliyev |
| Sonrakı | İldırım Bağırov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Nərimanlı, Basarkeçər rayonu, Göyçə mahalı, Ermənistan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, jurnalist |
| Dini | İslam |
Zərbəli Qasım oğlu Qurbanov (1932, Nərimanlı, Basarkeçər rayonu – 2003, Bakı) — Amasiya rayon Partiya Komitəsinin birinci katibi (1981-1985), "Sovet Ermənistanı" qəzetinin redaktoru (1985–14.01.1989)
Həyatı
Zərbəli Qurbanov 1932-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Naxçıvan Pedaqoji Məktəbini, Kənd Təsərrüfatı İnstitutunu, Universiteti, Ali Partiya Məktəbini bitirmişdir.
Məktəb direktoru, kolxoz sədri, Basarkeçər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Amasiya rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan KP MK-nın üzvü, Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ali Sovetin deputatı, Ali Sovet sədrinin müavini olmuşdur.
Zərbəli Qurbanov 1981-1985-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ildən sonra isə "Sovet Ermənistanı"nın redaktoru olmuşdur.
12 iyul 1994-cü ildə Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kadrlar üzrə aparıcı müfəttiş vəzifəsinə təyin olunmuşdur.
1998-ci ildən ömrünün sonuna kimi Prezident aparatının işlər idarəsində çalışmışdır.
2003-cü ildə Bakı şəhərində vəfat etmişdir.
- 1932-ci ildə doğulanlar
- 2003-cü ildə vəfat edənlər
- Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları
- Bakı Dövlət Universitetinin məzunları
- Bakı Ali Partiya Məktəbinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Nərimanlıda doğulanlar (Basarkeçər)
- Bakıda vəfat edənlər
- Göyçədə doğulanlar
- Azərbaycan qəzet redaktorları
- Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibləri
- Məktəb direktorları
- Ermənistan SSR Ali Sovetinin sədr müavinləri
- Ermənistan SSR Ali Sovetinin deputatları
- Ermənistandan deportasiya olunmuş azərbaycanlılar
- Ermənistan SSR Ali Sovetinin XI çağırış deputatları
