Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zərnigar Fəti qızı Ağakişiyeva (6 noyabr 1945, Rustov, Quba rayonu – 8 fevral 2018, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq

Zərnigar Ağakişiyeva

Vikipediya, azad ensiklopediya
Zərnigar Ağakişiyeva
Doğum tarixi 6 noyabr 1945(1945-11-06)
Doğum yeri
  • Rustov, Quba rayonu, Azərbaycan
Vəfat tarixi 8 fevral 2018(2018-02-08) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1973-cü ildən
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İstiqamət teatr, film
Mükafatları Azərbaycan SSR əməkdar artisti — 1982 Azərbaycan Respublikasının xalq artisti — 2000 Azərbaycan SSR Dövlət mükafatı
IMDb ID1075809

Zərnigar Fəti qızı Ağakişiyeva (6 noyabr 1945, Rustov, Quba rayonu8 fevral 2018, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan SSR dövlət mükafatı laureatı.

Həyatı

Zərnigar Fəti qızı Ağakişiyeva (Ağakişi atasının babasının adıdır, Güləli isə babasının. 12 yaşında olarkən atasının babasının adını özünə soyad seçib.) 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub.

O, 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.

Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub. Həyat yoldaşının peşəsi mədəniyyət sahəsinə aid deyildi. Övladları olmayıb.

Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat etmişdir. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılmışdır.

Fəaliyyəti

Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z. Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A. Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə, realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanmışdır:

  • Tatyana (M. Qorki "Meşşanlar")
  • Xuraman (S. Vurğun "Vaqif")
  • Dilbər (C. Cabbarlı "Sevil")
  • Şəfəq (S. Dağlı "Kölgələr pıçıldaşır")
  • Zeynəb (B. Vahabzadə "Kimdir haqlı?")
  • Zivər (Anar "Təhminə və Zaur")
  • Kəmalə (İ. Əfəndiyev "Qəribə oğlan")
  • Fəxrəndə xanım (İ. Əfəndiyev "Mahnı dağlarda qaldı")
  • Bernardo (Federiko Qarsiya Lorka "Dişi canavar")
  • Pəri xanım (M. F. Axundov "Lənkəran xanıının vəziri")
  • Qadın (Elçin "Poçt şöbəsində xəyal")
  • Yasəmən (S. S. Axundov"Eşq və intiqam")
  • Ana (B. Vahabzadə "Dar ağacı")
  • Qadın (N. Hikmət "Kəllə")
  • Kərbəlayı Fatma (C. Məmmədquluzadə "Ölülər")
  • Mirondalina (Karlo Qaldoni "Mehmanxana sahibəsi")

kimi janr etibarilə rəngarəng olan obrazlar teatr salnaməsində özünəməxsus yer tutur.

Aktrisaya 1989–1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb oldu. 7 ildən sonra Ədalət Vəliyevin dəvəti ilə yenidən teatra qayıtmışdır.

Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm" in istehsal etdiyi bir çox filmlərdə çəkilmişdir. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollar ifa etmişdir.

Mükafatları

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarını qazanmışdır.

Aktrisa 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.

Filmoqrafiyası

  1. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  2. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — filmi səsləndirən: Mirvari nənə (Sədayə Mustafayeva)
  3. Atayevlər ailəsi (film, 1978)
  4. Bağ mövsümü (film, 1985)
  5. Balaca çoban (film, 1985)
  6. Bəyaz həyat (film, 2003)
  7. Bizim qəribə taleyimiz (film, 2005)
  8. Burulğan (film, 1986)
  9. Dantenin yubileyi (film, 1978)
  10. De ki, məni sevirsən! (film, 1977)
  11. Divar (film, 1991)
  12. Fədailər (film, 1986) (tammetrajlı bədii süjet — Mozalan №¹⁰⁶)
  13. "Fransız" (film, 1995)
  14. Güllələnmə təxirə salınır!... (film, 2002)
  15. Hər şey yaxşılığa doğru
  16. İşarəni dənizdən gözləyin (film, 1986)
  17. Kişilər (film, 1979)
  18. Köhnə bərə (film, 1984)
  19. Köhnə dəbli komediya (film, 1981)
  20. Kökdən düşmüş piano (film, 1982)
  21. Qafqaz (film, 2007)
  22. Qara "Volqa" (film, 1994)
  23. Qəm pəncərəsi (film, 1986)
  24. Qız qalası (film, 2000)
  25. Mehmanxana sahibəsi (film, 1978)
  26. Mezozoy əhvalatı (film, 1976)
  27. Mən sənin dayınam (film, 2001)
  28. Min birinci söz (film, 1997)
  29. Nə gözəldir bu dünya... (film, 1999)
  30. Odla qol-boyun (film, 2002)
  31. Onun bəlalı sevgisi (film, 1980)
  32. Ordan-burdan (film, 1987)
  33. Ölsəm... bağışla (film, 1989)
  34. Ötən ilin son gecəsi (film, 1978)
  35. Özgə ömür (film, 1987)
  36. Özgə vaxt (film, 1996)
  37. Park (film, 1983)
  38. Sarı gəlin (film, 1998)
  39. Sarıköynəklə Valehin nağılı (film, 1980)
  40. Şeytan göz qabağında (film, 1987)
  41. Təhminə (film, 1993)
  42. "Yapon" və yaponiyalı (film, 1990)
  43. Yaramaz (film, 1988)
  44. Yarasa (film, 1995)
  45. Yol əhvalatı (film, 1980)
  46. Yuxu (film, 2001)
  47. Zirzəmi (film, 1990)
Üst