| Zəyəm | |
|---|---|
| 40°54′13″ şm. e. 45°53′22″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Şəmkir rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 357 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 7 900 nəfər |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ 5729 |
![]() Zəyəm | |
Zəyəm – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Zeykəm (Zəyəm çayının adından götürülüb, dəli-dolu deməkdir) olmuşdur. 1594-cü ildə Gəncə-Qazax quberniyasının Zəyəm qəzası yaranıb. 1882-ci ildə onluq və iyirmilik qızıl sikkələr istehsal olunmuşdur. 1882-ci ildə Zəyəm Dəmiryol stansiyası tikilib. 1885-ci ildə Zəyəm orta məktəb (qızlar gimnaziyası) yaradılıb. 1930-cu ildə Zəyəm Dairəsi yaranıb burada icarayə komitəsi, milis və məhkəmə olub.1951-ci ildə Sabirkənd, Bayramlı kəndləri və Zəyəm qəsəbəsi bir sovetlik olub. 1967-ci il aprelin 20-də Zəyəm şəhər tipli qəsəbə adı verilib. Coğrafiyası yaşayış üçün əlverişlidir.
Əhalisi
Qəsəbənin əhalisi 7900 nəfər təşkil edir .
İqtisadiyyatı
Qəsəbədə həmçinin Texnologiya Parkı, Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsi, 2 tam orta məktəb, 1 xəstəxana, 1 doğum evi, 1 baytarlıq məntəqəsi, 1 poçt, 1 ATS, 1 uşaq bağçası, 3 özəl daş karxanası, Şəmkir musiqi məktəbinin filialı, 1 kitabxana, 1 mədəniyyət evi, qaz paylayıcı stansiya, Dəmiryol stansiyası və elektrik şəbəkəsinin Zəyəm yarım paylayıcı stansiyası mövcuddur.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Şəmkir rayonu qaralamaları
- Qəsəbə qaralamaları
- Şəmkir rayonunun qəsəbələri
