Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Leyla Şıxlinskaya (12 iyun 1947, Moskva, RSFSR, SSRİ) — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycan Respublikasının xalq artist

Leyla Şıxlinskaya

  • Ana Səhifə
  • Leyla Şıxlinskaya

Leyla Şıxlinskaya (12 iyun 1947, Moskva, RSFSR, SSRİ) — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycan Respublikasının xalq artisti (1998), sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990–1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri.

Leyla Şıxlinskaya
Doğum tarixi 12 iyun 1947(1947-06-12) (78 yaş)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Fəaliyyəti aktrisa, kino aktrisası
Fəaliyyət illəri 1965-ci ildən
Üzvlüyü
  • SSRİ Kinematoqrafçılar İttifaqı
Mükafatları Azərbaycan Respublikasının xalq artisti — 1998 Azərbaycan Respublikasının əməkdar artisti — 1993
IMDb ID0793430

Həyatı

Leyla Fərruz qızı Şıxlınskiya Moskvada anadan olub. Xoreoqrafiya məktəbində, GİTİS-in teatrşünaslıq fakültəsində təhsil alıb. M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində balerina kimi, "Dyagilev-balet" truppasının baletmeysteri (1990–1992) kimi çalışıb. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir. 1999-cu ildə "Leyla Şıxlinskayanın Klinikası"nın təsisçisi və bir müddət rəhbəri olub.

Rusiya istehsalı olan "Qırmızı və qara" (1976, rejissor Sergey Gerasimov) çoxseriyalı filmində xanım de Fervak rolunu ifa edib.

Sənətşünaslıq elmləri namizədi (1987), sənətşünaslıq elmləri doktoru, Əməkdar artist (1993), Xalq artistidir.

"Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaratmışdır.

Leyla Şıxlinskaya Həsən Məmmədova tərəf müqabil kimi "Gün keçdi"bədii filmində də çəkilmişdir.

Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir.

Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur etmişdir və bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olmuşdur.

1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür. 1993-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 1998-ci ildə isə "xalq artisti" fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

  • Arşın mal alan (film, 1965) — Gülçöhrə
  • Bağ mövsümü (film, 1985) — Əminə
  • Cazibə qüvvəsi (film, 1964) — Nərgiz
  • Dantenin yubileyi (film, 1978) — Yaqut
  • Dədə Qorqud (film, 1975) — Banuçiçək
  • Gün keçdi (film, 1971) — Əsmər
  • Xatirələr sahili (film, 1972) — Rəna
  • Qəm pəncərəsi (film, 1986) — Zeynəb
  • Qızıl qaz (film, 1972) — Şəfiqə
  • Oxuyur Müslüm Maqomayev (film, 1971) — Tatyana Larina
  • Ömrün ilk saatı (film, 1973) — Azərin sevgilisi
  • Şahid qız (film, 1990) — Leyla
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Mart soyqırımı

  • Mart 26, 2026

    Krım xanlığı

  • Mart 28, 2026

    Əli ibn Əbu Talib

  • Mart 27, 2026

    Vado Korovin

  • Mart 26, 2026

    Cavanşir

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst