Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şükürbəyli — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd, Şükürbəyli kənd inz

Şükürbəyli (Cəbrayıl)

39°19′18″ şm. e. 47°08′55″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şükürbəyli
39°19′18″ şm. e. 47°08′55″ ş. u.HGYO
Ölkə  Azərbaycan
İqtisadi rayon Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 195 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.114 nəf. (2026)
Şükürbəyli xəritədə
Şükürbəyli
Şükürbəyli

ŞükürbəyliAzərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd, Şükürbəyli kənd inzibati ərazi dairəsinin mərkəzi.

Toponimikası

Keçmiş adı Əyrili olmuşdu. Yaşayış məntaqəsi əvvəllər Əyrili adlı sahədə salınmışdı. Sonralar isə yaşayış məntaqəsi yerini dəyişmişdi, yeni ərazidə kəndin əsasını qoymuş Şükürbəyin adı ilə adlandırılmışdı. Kəndin adı Cavanşir nəslindən olan Şükür bəyin adı ilə bağlıdır. Həmin nəsildən olan şükürbəylilər Füzuli rayonunda da Şükürbəyli kəndinin əsasını qoyublar.[mənbə göstərilməlidir]

Coğrafiyası

Kənd düzənlikdə, rayon mərkəzi olan Cəbrayıl şəhərindən 18 km cənub-şərqdə, təqribən 195 m hündürlükdə yerləşir.

Tarixi

Sovet dövründən qabaq

1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisinin statistik məlumatlar məcmuəsinə əsasən, Şükürbəyli kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının II sahəsinin Şıxalıağıalı kənd cəmiyyətinin tərkibində qeyd olunurdu.

Sovet dövründə

1933-cü il üçün olan vəziyyətə görə, Şükürbəyli məskun yeri ASŞC-nin Cəbrayıl rayonunun Sarıcalı kənd şurasının tərkibində idi.

1961-ci il üçün, Şükürbəyli kəndi Azərbaycan SSR-nin Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetinin mərkəzi idi.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı ilə Cəbrayıl rayolu ləğv olunmuş, ərazisi isə Füzuli rayonunun tərkibinə verilmişdi. 1 oktyabr 1963-cü il üçün Şükürbəyli kəndi Azərbaycan SSR-nin Füzuli rayonunun Şükürbəyli kənd Sovetinin mərkəzi idi.

17 iyun 1964-cü ildə Cəbrayıl rayonu yenidən təşkil olunmuşdu.

Həm 1968-ci ilü üçün, həm 1977-ci il üçün, Şükürbəyli kəndi Azərbaycan SSR-nin Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetinin mərkəzi idi.

Sovet dövründə, kədin əhalisi üzümçülüklə, heyvandarlıqla, taxılçılıqla, baramaçılıqla məşğul idi. Kənddə orta və səkkizillik məktəb, klub, kitabxana, xəstəxana var idi. Cəbrayıl rayonunun ticarət, gübrə anbarları, tikinti, iaşə, təşkilatları bu kənddə yerləşirdi.[mənbə göstərilməlidir]

Qarabağ münaqişəsi

1993-cü il oktyabr ayının 23-də[mənbə göstərilməlidir] Ermənistan Respublikası tərəfindən rus hərbi birləşmələrinin köməkliyi işğal olunub. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir.

Kəndin bərpası

4 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Şükürbəyli kəndinin təməli qoyulmuşdu. Baş plana əsasən, kənd yaxınlıqda yerləşən Dəjəl, Şıxalıağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilibdir.

Kəndin açılışı 9 may 2026-cü ildə Prezident İlham Əliyevin və brinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutmuşdu.

Əhalisi

1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisinin statistik məlumatlar məcmuəsinə əsasən, Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının II sahəsinin Şıxalıağıalı kənd cəmiyyətinin Şükürbəyli kəndində 105 tüstü var idi, və 529 nəfər azərbaycanlılardan ibarət (mənbədə "tatar" kimi göstərilir), əhali yaşayırdı — onlar inanclarına görə şiə idilər. Əhalinin 63 nəfəri bəy idi, qalanları kəndli idi.

A.S.Ş.C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az.XTUİ) tərəfindən 1933-cü ildə hazırlanmış "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il üçün vəziyyətə görə, Cəbrayıl rayonunun Sarıcalı kənd şurasının Şükürbəyli məskun yerində 223 nəfər əhali və 56 təsərrüfat olubdur. Kənd şurasının əhalisinin 99,1% türklərədən (azərbaycanlılardan) ibarət idi.

Azərbaycan Sovet Ensiklopediyasına əsasən, 1986-cı ildə kənddə 653 nəfər yaşayırdı.

2026-cı ilin may ayında Azərbaycan rəsmiləri xəbər vermişdilər ki, kəndə ümumən 615 ailədən ibarət 2522 nəfərin (Şıxalıağıalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin əhalisi daxil olmaqla) köçürülməsi planlaşdırılır.

13 may 2026-cı ildə kəndə 419 nəfər (97 ailə) köçdü, 15 mayda kəndə daha 453 nəfər (107 ailə) köçdü, 16 mayda daha 77 nəfər (18 ailə), 21 mayda daha 165 nəfər (39 ailə) köçdü.

İqtisadiyyatı və infrastrukturu

2026-cı ilin may ayına olan məlumata görə, 635 fərdi yaşayış evi istifadəyə verilmişdi. Onlardan 615-i sakinlər üçün, qalan 20-si isə xidməti istifadə üçün nəzərdə tutulmuşdur. Bunların arasında ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı evlər vardı.

2026-cı ilin may ayına olan məlumata görə, həkim məntəqəsi və yerli icra strukturları üçün inzibati bina tikilmişdi. Yollar asfaltlanmışdı. 35/10 kV-luq elektrik yarımstansiyası inşa edilmişdi. Elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, həmçinin internet və “İP TV” şəbəkələri yaradılmışdı.

2026-cı ilin mayın 9-nda 360 şagird yerlik məktəb binasının açılışı olmuşdu. Hər biri 80 yerlik olmaqla iki körpələr evi–uşaq bağçası, musiqi məktəbi, klub-icma mərkəzi tikilmişdir.

2021-ci il martın 15-ndə uzunluğu 43 km olan Hadrut–Cəbrayıl–Şükürbəyli avtomobil yolunun tikintisinə başlanılmışdı.

Abidələr

Kənddə yerləşən ilk tunc dövrünə aid "Torağaytəpə yaşayış yeri" arxeoloji abidə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır.

Qalereya

Üst