Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nicad Mehman oğlu Bədəlov (12 dekabr 1989, Bala Çaylı, Qazax rayonu) — Azərbaycan Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının polkovnik-leytenantı, İkinci Qa

Nicad Bədəlov

Vikipediya, azad ensiklopediya
Nicad Bədəlov
Şəxsi məlumatlar
Doğum tarixi 12 dekabr 1989(1989-12-12) (36 yaş)
Doğum yeri Bala Çaylı, Qazax rayonu
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Murovdağ döyüşləri
  Cəbrayılın azad edilməsi
  Füzulinin azad edilməsi
  Hadrutun azad edilməsi
  Şuşanın azad edilməsi
Təltifləri
Vətən Müharibəsi Qəhrəmanı
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Nicad Mehman oğlu Bədəlov (12 dekabr 1989, Bala Çaylı, Qazax rayonu) — Azərbaycan Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.

Həyatı

Nicad Bədəlov 1989-cu il dekabrın 12-də Qazax rayonunun Bala Çaylı kəndində anadan olub.

Hərbi xidməti

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovnik-leytenantı olan Nicad Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Təltifləri

  • (9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı
  • (25 dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı
  • (29 dekabr 2020) — "Şuşanın azad olunmasına görə" medalı
  • (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həmçinin bax

  • Vətən Müharibəsi
  • "Vətən Müharibəsi Qəhrəmanı" medalı
  • Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı
Üst