Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sağ Bureya (Ezop silsiləsinin cənub yamaclarından başlanır) və Sol Bureya (Dusse-Alin silsiləsinin qərb yamaclarından başlanır) çaylarının qovuşmasından əmələ g

Bureya çayı

Vikipediya, azad ensiklopediya
Bureya
evenk Ниман-бирра, evenk Нюмень
Xəritə
Ölkə  Rusiya
Region
Vilayət
  • Amur vilayəti
Mənsəbi Amur çayı
Uzunluğu 623 km
Su sərfi 890 m³/san
Su hövzəsi Amur. Oxot dənizi
Hövzəsinin sahəsi 70 700 km²
DSR?! 20030500112118100041576
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bureya – Rusiya Federasiyasınin Xabarovsk diyarı və Amur vilayətində çay. Amur çayının sol qolu.

Ümumi məlumat

Sağ Bureya (Ezop silsiləsinin cənub yamaclarından başlanır) və Sol Bureya (Dusse-Alin silsiləsinin qərb yamaclarından başlanır) çaylarının qovuşmasından əmələ gəlir. Uzunluğu 623 km (Sağ Bureyanın başlanğıcından 739 km), hövzəsinin sahəsi 70,7 km². Yuxarı axınında dağ çayıdır (axın sürəti 3–4 m/san). Orta axınında Turan silsiləsinin qollarını kəsir və dar dərə ilə axır. Aşağı axınında Zeya-Bureya düzənliyinə çıxır, dərəsi 10 km-ədək genişlənir. Əsasən, yağış suları ilə qidalanır. Yayda 5–7 dəfə daşqın olur. Daşqın zamanı suyun səviyyəsi bəzən 6–10 m-ə çatır. Ortaillik su sərfi Kamenka kəndi yaxınlığında 913 m³/san-dir. Oktyabrın axırı–noyabrın ortalarından aprelin axırı–mayın əvvəlinədək buzla örtülü olur. Əsas qolları: sağdan Niman, Tuyun, soldan Uqral, Tırma. Ağac axıdılır. Mənsəbindən 197 km məsafədə gəmiçiliyə yararlıdır. Ümumi sahəsi 51,6 km² olan 1,5 mindən çox göl Bureya hövzəsindədir. Üzərində SES və gəmi dayanacaqları (Çekunda, Malinovka və s.) var.

Üst