| Nağdəli bəy | |
|---|---|
![]() Nağdəli bəyin Londonda Riçard Qrinböri tərəfindən çəkilmiş rəsmi, 1626 | |
| 1626 – 1627 | |
| Əvvəlki | Robert Şirli |
| Şəxsi məlumatlar | |
| Vəfat tarixi | 1627 |
| Fəaliyyəti | diplomat |
Nağdəli bəy (v. 1627) — Səfəvilərin İngiltərəyə göndərilmiş səfiri.
Fəaliyyəti
1626-cı ildə I Abbas tərəfindən İngiltərə kralı I Çarlza səfir göndərilmişdi. Nağdəli bəyin səfir kimi tələb edilməsi əslində Ost-Hind şirkəti və Robert Şirli arasında çıxan bir anlaşmazlığa görə olmuşdu. Robert Şirli İran ipəyinin monopoliyasını İspaniyaya verməyi təklif etməsi şirkətin maraqlarına əks idi və buna görə də şirkət Şirliyə şər ataraq I Abbasdan yeni səfir tələb etmişdi. Yeni səfir Nağdəli bəy kralın hüzuruna çıxanda Robert Şirli onu saxtakar olmaqla günahlandırmış, əsl səfirin özü olduğunu demişdi. Çarlz isə hər iki səfirə öz ölkələrinə qayıtmağı və problemlərini şahın yanında həll etmələrini tapşırır.
Ailəsi
İbrahim xan adlı oğlu vardı.
Ölümü
Nağdəli bəy 1627-ci ildə Qərbi Hindistan sahillərinə çatanda intihar edir. Belə ki, şahın yanına əliboş qayıtmaqdan utanan səfir 4 gün dayanmadan tiryək qəbul edərək intihar edir. Məzarı Suratdadır.
- 1627-ci ildə vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Diplomatlar
- Səfirlər
