Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbül-Məhəsin Fəxrəddin Həsən ibn Mənsur ibn Mahmud əl-Özkəndi əl-Fərqani (ərəb. فخر الدين قاضيخان‎; bilinmir, Özkənd – 1196) — hənəfi fəqihi, "Fətəva" adlı əsər

Fəxrəddin Qazıxan

Vikipediya, azad ensiklopediya
Fəxrəddin Qazıxan
Doğum adı الحسن بن منصور بن أبي القاسم محمود بن عبد العزيز الأُوْزجَنْدي
Doğum tarixi bilinmir
Doğum yeri
  • Özkənd, Qırğızıstan
Vəfat tarixi 1196(1196)
Elm sahəsi fiqh

Əbül-Məhəsin Fəxrəddin Həsən ibn Mənsur ibn Mahmud əl-Özkəndi əl-Fərqani (ərəb. فخر الدين قاضيخان; bilinmir, Özkənd1196) — hənəfi fəqihi, "Fətəva" adlı əsərin müəllifi. O, Hənəfi məzhəbindəki fiqh alimlərinin üçüncü təbəqəsindəndir.

Bioqrafiyası

Özkənddə anadan olmuşdur. Üləma ailəsinə mənsubdur. Ləqəbi "Qazıxan"dır.

Fəxrəddin Qazıxan Zahirəddin Həsən ibn Əli əl-Mərğinani, Əbu İshaq əs-Səffar, Əbu İshaq Nizaməddin İbrahim ibn Əli əl-Mərğinani və başqalarına tələbəlik etmişdir.

Əl-Kərdəri, Mahmud əl-Həsiri, Məhəmməd əl-Fərqni və başqaları ona tələbəlik etmişdir.

Fəxrəddin Qazıxan hicri 592-ci (1196) ildə vəfat etmişdir.

Digər əsərləri isə "Şərhul-Cəmiis-səğir", "Şərhüz-Ziyadat", "əl-Əmali", "Şərhu Ədəbil-qadi lil-Xəssaf", "əl-Vəqiət", "əl-Məhadir" və "Şərhul-Cəmiil-kəbir"dir.

Həmçinin bax

  • Hənəfilərin siyahısı
Üst