| Əbdürrəhman ibn Mülcəm | |
|---|---|
| ərəb. عبد الرحمن بن ملجم المرادي | |
![]() "İmam Əlinin şəhadəti" əsərində ibn Mülcəmin təsviri. Müəllif: Yusif Əbdinicat. | |
| Doğum yeri |
|
| Vəfat tarixi | 661 |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | başın kəsilməsi[d] |
| Cinayət | Əlinin qətli |
| Cinayət cəzası | edam |
Əbdürrəhman ibn Mülcəm əl-Muradi (ərəb. عبدالرحمن بن ملجم المرادي; bilinmir – 661, Kufə) — İslam xəlifəsi Əli ibn Əbu Talibi öldürən xarici.
Sui-qəsd
Əli ibn Əbu Talib 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində sübh namazı qılarkən başına zəhərli qılınc zərbəsi almışdır. Baş həkim Ətir bin Əmr əs-Sakuni Əliyə tibbi müdaxilə etmiş, ancaq Əli 28 yanvar 661-ci ildə aldığı yaralardan vəfat etmişdir.
Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, ibn Mülcəm edam edilərək ondan qisas alınmalıdır. Həsən ibn Əli atasının təlimatlarına riayət edərək ibn Mülcəmi edam edərək ondan qisas alır.
- 661-ci ildə vəfat edənlər
- Kufədə vəfat edənlər
- Xaricilər
- Sui-qəsdçilər
- Əli
- Raşidi xilafətindən olanlar
- VII əsr ərəbləri
