| Kənd | |
| Şöllü Mehmandar | |
|---|---|
| |
| 40°05′57″ şm. e. 44°20′50″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Zəngibasar mahalı |
| Rayon | Zəngibasar rayonu |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1831 |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 832 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Şöllü Mehmandar | |
Şöllü Mehmandar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.
Tarixi
Rayon mərkəzindən 12 km qərbdə, Zəngi çayının yanında yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Mehmandari-Şollu, Qafqazın 5 verstlik xəritəsində Şorlu Mehmandar formasında qeyd edilmişdir.
Toponim -lı mənsubluq şəkilçisi qəbul etmiş çol etnonimindən və Mehmandar şəxs adından əmələ gəlib «çol > şol tayfasından olan Mehmandara məxsus kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Hovtaşad qoyulmuşdur.
Əhalisi
Kənddə 1831-ci ildə 406 nəfər, 1873 - cü ildə 1573 nəfər, 1886-cı ildə 1432 nəfər, 1897-ci ildə 1824 nəfər, 1904 - cü ildə 1455 nəfər, 1914 - cü ildə 1632 nəfər, 1916-cı ildə 2969 nəfər, 1919 - cu ildə 900 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1919 - cu ilin sonlarında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya edilmişdir. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 788 nəfər, 1926-cı ildə 1010 nəfər, 1931-ci ildə 778 nəfər azərbaycanlı yaşamışdır.
Kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə köçürülən ailələrin bir hissəsi yenidən geri, öz yurdlarına dönə bilmişdir. 1988-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti azərbaycanlılar deportasiya etmişdir. İndi ermənilər yaşayır.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- 1831-ci ildə yaranan yaşayış məntəqələri
- Zəngibasar kəndləri
- Ararat mərzinin yaşayış məntəqələri

