Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məmmədağa Hüseynağa oğlu Hüseynov (8 fevral 1929, Bakı – 20 yanvar 2002, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2000).

Məmməd Hüseynov

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Məmməd Hüseynov
Məmmədağa Hüseynağa oğlu Hüseynov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
  • Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1976

Məmmədağa Hüseynağa oğlu Hüseynov (8 fevral 1929, Bakı20 yanvar 2002, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2000).

Həyatı

Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə Bakıda anadan olmuşdur. 1949-cu ildə Moskvada - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə daxil olur. 1955-ci ildə oranı bitirib Bakıya qayıdır və "Azərbaycanfilm" yaradıcı fəaliyyətə başlayır. 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edir. Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır.

Mükafatları

  • Azərbaycan SSR əməkdar rəssamı — 23 dekabr 1976
  • Azərbaycan Respublikasının xalq rəssamı — 18 dekabr 2000

Filmoqrafiya

  1. Asif, Vasif, Ağasif (film, 1983)
  2. Bahar rəqsləri (film, 1962)
  3. Bir məhəllədən iki nəfər (film, 1957)
  4. Bizim Cəbiş müəllim (film, 1969)
  5. Bizim küçə (film, 1961)
  6. Böyük dayaq (film, 1962)
  7. Dağlarda döyüş (film, 1967)
  8. Əhməd haradadır? (film, 1963)
  9. Əlavə iz (film, 1981)
  10. Fəallıq (film, 1975)
  11. Görüş (film, 1955)
  12. Xalq istedadları (film, 1967)
  13. Xoşbəxtlik qayğıları (film, 1976)
  14. İntizar (film, 1969)
  15. Kölgələr sürünür (film, 1958)
  16. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  17. Qələbənin yolları (film, 1976)
  18. Qızıl qaz (film, 1972)
  19. Qocalar, qocalar... (film, 1982)
  20. Nəsimi (film, 1973)
  21. O qızı tapın (film, 1970)
  22. Ögey ana (film, 1958)
  23. Ömrün səhifələri (film, 1974)
  24. Səhər (film, 1960)
  25. Sehrli xalat (film, 1964)
Üst