| İvan Meşşaninov | |
|---|---|
| |
| Doğum tarixi | 24 noyabr (6 dekabr) 1883 |
| Doğum yeri | |
| Vəfat tarixi | 16 yanvar 1967[…] (83 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Elm sahələri | dilçilik, arxeologiya |
| Elmi adı |
|
| İş yerləri |
|
| Təhsili |
|
| Elmi rəhbəri | Nikolay Marr |
| Üzvlüyü |
|
| Mükafatları | |
![]() | |
İvan İvanoviç Meşşaninov (rus. Иван Иванович Мещанинов; 24 noyabr (6 dekabr) 1883, Ufa – 16 yanvar 1967[…], Leninqrad) — arxeoloq və dilçi, 1932-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki, 1936–1937-ci illərdə 1936–1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, 1945-ci ildə isə AEA-nın fəxri akademiki, Sosialist Əməyi Qəhrəmanı (1945).
Həyatı
İvan İvanoviç Meşşaninov 1883-cü il dekabrın 6-da hazırkı Başqırdıstanın Ufa şəhərində anadan olmuşdur. 1932-ci ildə SSRİ EA-nın akademiki, 1945-ci ildə Azərbaycanda akademiya yaradılanda o, Azərbaycan SSR EA-nın fəxri üzvü seçilmişdi, Azərbaycan alimləri ilə, o cümlədən Heydər Hüseynovla şəxsən tanış idi. İ. İ. Meşşaninov Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda arxeoloji qazıntılara rəhbərlik etmişdir. 1926–1927-ci illərdə Xocalı (Qarabağ) və Qızılvəngdə (Naxçıvan), 1933-cü ildə Örənqalada (Beyləqan) arxeoloji qazıntılar aparmış, Mil düzündə küp qəbirlər, Daşkəsəndə tsiklop tikililər aşkar etmişdir. Azərbaycanın qədim tarixinə, arxeologiyasına dair bir sıra əsərin müəllifidir. İ. İ. Meşşaninovun elmi kadrların hazırlanmasında da mühüm xidmətləri olmuşdur. Görkəmli Azərbaycan alimlərindən Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, İshaq Cəfərzadə, Saleh Qazıyev və başqaları onun yetirmələri olmuşlar. O, 1936–1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru olmuşdur. Akademik İ. İ. Meşşaninov Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və medallarla təltif olunmuş, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1967-ci il 16 yanvar tarixində keçmiş Leninqradda (indiki Sankt-Peterburqda) vəfat etmişdir.
Mükafatları
İki dəfə "Stalin" mükafatı laureatı adına layiq görülmüşdü.
"Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
1945-ci ildə peşəkar arxeoloq və dilçiyə "Sosialist Əməyi Qəhrəmanı" adı verilmişdi.
Əsərləri
- Эламские древности, П., 1917;
- Халдоведение. История древнего Вана, Баку, 1927;
- Введение в яфетидологию, Л., 1929;
- Язык Ванской клинописи, Л., 1935;
- Новое учение о языке. Стадиальная типология, Л., 1936;
- Общее языкознание, Л., 1940;
- Члены предложения и части речи, М. — Л., 1945;
- Глагол, Л., 1949;
- Грамматический строй урартского языка, ч. 1–2, Л., 1958–1962;
- Структура предложения, М. — Л., 1963;
- Эргативная конструкция в языках различных типов, Л., 1967.
- 6 dekabrda doğulanlar
- 1883-cü ildə doğulanlar
- Ufada doğulanlar
- 16 yanvarda vəfat edənlər
- 1967-ci ildə vəfat edənlər
- 83 yaşında vəfat edənlər
- Sankt-Peterburqda vəfat edənlər
- Serafimovskoye qəbiristanlığında dəfn olunanlar
- Sankt-Peterburq İmperator Universitetinin məzunları
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Stalin" mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Rusiya arxeoloqları
- Rusiya dilçiləri
- Rusiyada doğulanlar
- AMEA Tarix və Etnologiya İnstitutunun direktorları
- SSRİ arxeoloqları
- Rusiya imperiyası dilçiləri
- Filologiya elmləri doktorları
- Qafqazşünaslar
- Rusiya imperiyası arxeoloqları
- SSRİ dilçiləri
- Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri
