Tarixi vilayət və ya tarixi region — müasir sərhədlərdən asılı olmayaraq, tarixin müəyyən bir dövründə mədəni, etnik, dil və ya siyasi əsaslara malik olmuş coğrafi ərazilərdir. Bu termin müasir siyasi, iqtisadi və ya sosial təşkilatlara istinad etmədən, konkret dövrə məxsus mədəniyyətlərin sosial inkişafını öyrənmək və təhlil etmək üçün bir çərçivə kimi istifadə olunur.
Bu yanaşmanın əsasını təşkil edən prinsip ondan ibarətdir ki, fərdlərin məkan-sosial kimlikləri üzərində müasir dünyanın qəbul etdiyindən (məsələn, milli dövlətə fokuslanmaqdan) daha böyük təsirə malik olan, insanların öz dünyagörüşü ilə əlaqədar və çox vaxt onun tərəfindən formalaşdırılan daha qədim siyasi və mənəvi strukturlar mövcuddur.
Vilayət anlayışının tərifləri fərqlilik göstərir və bu regionlara Avropa kimi makroregionlar, ənənəvi dövlətlərin əraziləri və ya daha kiçik mikroregionlar daxil ola bilər. Coğrafi yaxınlıq, regional (regionalist) kimliyin meydana çıxması üçün adətən zəruri olan ilkin şərtdir. Avropada regional kimliklər çox vaxt Xalqların böyük köçü dövrünə qədər gedib çıxır, lakin müasir perspektiv üçün bu, adətən 1918–1920-ci illər arasındakı ərazi transformasiyası dövrü və digər tərəfdən Soyuq müharibədən sonrakı dövrlə əlaqələndirilir.
1902-ci ildə Yaxın Şərq kimi bəzi vilayət adları hərbi strateq Alfred Mexen tərəfindən Fars körfəzi regionuna istinad etmək üçün tamamilə yenidən uydurulmuşdur.
Ədəbiyyat siyahısı
- Susan Smith-Peter, Imagining Russian Regions: Subnational Identity and Civil Society in Nineteenth-Century Russia, Brill, 2017 ISBN 9789004353497
- Tarixi vilayətlər