Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şaqibə Əhmədova (25 sentyabr 1925, Gəncə – 13 yanvar 2015, Bakı) – Azərbaycan parazitoloqu və baytarı. Şərqdə və Türk dünyasında baytarlıq sahəsi üzrə ilk qadın

Şaqibə Əhmədova

Vikipediya, azad ensiklopediya
Şaqibə Əhmədova
Doğum adı Şaqibə İsmayıl qızı Qayıbova
Doğum tarixi 25 sentyabr 1925(1925-09-25)
Doğum yeri
Vəfat tarixi 13 yanvar 2015(2015-01-13) (89 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elm sahələri parazitologiya, zoologiya, baytarlıq[d]
Elmi dərəcəsi
  • baytarlıq elmləri doktoru[d] (1965)
Elmi adı
  • professor
İş yerləri
  • Azərbaycan Dövlət Aqrar Universiteti,
  • Səmərqənd İqtisadiyyat və Servis İnstitutu[d],
  • Bakı Dövlət Universiteti
Təhsili
  • K. İ. Skryabin adına Moskva Dövlət Baytarlıq və Biotexnologiya Akademiyası[d],
  • Azərbaycan Dövlət Aqrar Universiteti

Şaqibə Əhmədova (25 sentyabr 1925, Gəncə13 yanvar 2015, Bakı) – Azərbaycan parazitoloqu və baytarı. Şərqdə və Türk dünyasında baytarlıq sahəsi üzrə ilk qadın elmlər doktoru və professordur. İsmət Qayıbovun bacısıdır.

İlk illəri

Şaqibə İsmayıl qızı Əhmədova 25 sentyabr 1925-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası İsmayıl Qayıbov Qori Müəllimlər Seminariyasını bitirmiş və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Anası Firuzə isə "Lenin" ordeni ilə təltif olunan əməkdar müəllim olmuşdur. Tarzən olan qardaşı Zərif Qayıbov 1943-cü ildə ölmüşdür. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 3-cü kurs tələbəsi olan digər qardaşı Nazir Qayıbov isə könüllü olaraq İkinci Dünya müharibəsinə yollanmışdır. Beş dəfə yaralanandan sonra onun ölü xəbəri gəlsə də, o, qardaşının öldüyünə inanmamışdır. Qardaşının həqiqətən öldüyünü və Çexoslovakiyada dəfn olunduğunu yalnız 1978-ci ildə öyrənmişdir.

Karyerası

Şaqibə Əhmədova 1943-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə qəbul olunmuşdur. Burada yüksək nəticələr göstərdiyinə görə 3-cü kursdan Moskva Zoobaytarlıq İnstitutuna göndərilmişdir. 1948-ci ildə Moskva Baytarlıq Akademiyasının aspiranturasına daxil olmuş və akademik Konstantin Skryabinin rəhbərliyi altında namizədlik dissertasiyası üzərində çalışmışdır. 1952-ci ildə dissertasiyanı uğurla müdafiə etmişdir. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işləməyə başlamışdır. Əvvəlcə parazitologiya kafedrasında assistent, 1956-cı ildən isə mikrobiologiya, baytarlıq ekspertizası və parazitologiya kafedrasında müəllim kimi işləmişdir. Şaqibə Əhmədova 1965-ci ilin iyun ayında "Ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının bioloji-bakterioloji əsaslandırılması (bağırsaq çöpləri üzərində)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 18 dekabr 1965-ci ildə Leninqrad Baytarlıq İnstitutunun Elmi Şurasının qərarı ilə baytarlıq elmləri sahəsində Şərqdə ilk qadın elmlər doktoru elmi dərəcəsini almışdır.

Əhmədova 1961-ci ildə Özbəkistanın Səmərqənd şəhərinə köçmüşdür. 1967-ci ildə V.V. Kuybışev adına Səmərqənd Kooperativ İnstitutunda elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. Səmərqənddə yaşadığı dövrd iki çağırış ardıcıl olaraq şəhər Sovetinin deputatı seçilmiş, ictimai fəaliyyətlə məşğul olmuşdur. 1970-ci ildə Azərbaycana qayıtmış və 1984-cü ilə qədər Bakı Dövlət Universitetində onurğasızlar zoologiyası kafedrasının professoru vəzifəsində çalışmışdır.

Elmi fəaliyyəti

90-a yaxın elmi əsərin müəllifi olmuşdur. Əsas tədqiqatı heyvan helmintlərinin morfofoloji və bioloji xüsusiyyətlərinə xarici mühit amillərinin təsirinin, heyvanların parazitar xəstəliklərinin öyrənilməsi olmuşdur. Əsas əsərlərinə "Sağlam buzovların yetişdirilməsi" (1970) və "Qoyunların yoluxucu xəstəliklərinin diaqnostikası və müalicəsi" (1975) daxildir.

Şəxsi həyatı

Moskvada təhsil aldığı müddət ərzində alim Əmir Əhmədov ilə evlənmişdir. Onların dörd övladı olmuşdur. İsmət Qayıbovun bacısı idi.

Ölümü və irsi

Şaqibə Əhmədova 13 yanvar 2015-ci ildə Bakı şəhərində ölmüşdür. 2025-ci ildə onun 100 illik yubileyi münasibətilə Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda onun adını daşıyan Azərbaycanşünaslıq auditoriyası istifadəyə verilmişdir. Onun 100 illiyi Azərbaycan Dövlət Aqrar Universitetində də qeyd olunmuşdur.

Üst