Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru.

Səməd Mərdanov

Vikipediya, azad ensiklopediya
Səməd Mərdanov
Doğum tarixi
Doğum yeri Tbilisi, Gürcüstan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Bakı
Fəaliyyəti Rejissor
Təhsili
  • Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu
IMDb ID0546245

Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru.

Həyatı

1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir.

Əlavələr

Filmoqrafiya

  1. Köçərilər (film, 1933)
  2. Mavi dənizin sahilində (film, 1935)
  3. Kəndlilər (film, 1939)
Üst