| Qırmızı qarağat | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Evdikotlar Klad: Bazal evdikotlar Dəstə: Daşdələnçiçəklilər Fəsilə: Motmotukimilər Cins: Qarağat Növ: Qırmızı qarağat | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Sübhanın meyvəsi (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
Təbii yayılması
Yabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır.
Botaniki təsviri
Kolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3-5 dilimli olub, uzunluğu 3-5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir.
Ekologiyası
Bitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır.
Azərbaycanda yayılması
Quba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.
İstifadəsi
Yeyinti sənayesində marmelad, jele, kisel, cem, meyvə şirələri və digər konserv məmulatlarının istehsalında istifadə edilir. Qırmızı qarağatın giləmeyvələrində C vitamini vardır, mürəbbə hazırlanmasında da istifadə edilir. Meyvələrinin müalicəvi-dietik qidalanmada böyük əhəmiyyəti vardır. Onların tərkibində şəkər, üzvi turşular, mineral duzlar, giləmeyvələrində pektin maddələri vardır. Xalq təbabətində giləmeyvələri qədimdən zökəmə, qan dövranının bərpasında, baş ağrısında və yaraların sağaldılmasında istifadə edilir. Qırmızı qarağatın şirəsi soyuqdəymə xəstəliklərinə qarşı yaxşı vasitə hesab olunur.
Həmçinin bax
- Qarağat
- Giləmeyvələr
- Avropa florası
- Qida bitkiləri
- 1753-cü ildə təsvir edilən bitkilər
- Yeməli vəhşi bitkilər
