Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Pərvanəoğulları bəyliyi — Sinopda Qaradəniz sahillərində 1261-ci ildə qurulmuş Anadolu türk bəyliyi. Bəyliyin qurucusu Pərvanə Muinəddinin oğlu Muinəddin Məmməd

Pərvanəoğulları bəyliyi

Vikipediya, azad ensiklopediya
Tarixi dövlət
Pərvanəoğulları bəyliyi
1277  1322
Paytaxt Sinop
İdarəetmə forması monarxiya

Pərvanəoğulları bəyliyi — Sinopda Qaradəniz sahillərində 1261-ci ildə qurulmuş Anadolu türk bəyliyi. Bəyliyin qurucusu Pərvanə Muinəddinin oğlu Muinəddin Məmməd Bəydir.

Muinəddin Məmməd Bəydən sonra taxta Muinəddin Məsud Bəy çıxmışdır. Genuyalılarla ticarət əlaqələrində yaranan problemdən sonra Məsud Bəy əsir alınmış, bir müddət sonra azad edilmişdir. Məsud Bəyin oğlu Qazi Çələbi hakimiyyətdə olarkən Pərvanəoğulları bəyliyi Trapezund İmperiyası və Genuya Respublikası ilə vuruşmuşdur. Bəyliyin hakimiyyətinə 1322-ci ildə Candaroğulları bəyliyi tərəfindən son qoyulmuşdur.

Bəyləri

BəyiHakimiyyət dövrüHadisə
Muinəddin Məmməd Bəy1277–1297Bəylik quruldu
Muinəddin Məsud Bəy1297–1300
Qazi Çələbi1300–1322
Üst