| Bədəl Bədəlov | |
|---|---|
Vəzifədədir | |
| 23 sentyabr 2024-cü ildən | |
| 25 fevral 2011 – 28 iyul 2023 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 15 oktyabr 1961 (64 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Təltifləri | |
Bədəl Bədəlov (15 oktyabr 1961, Qaşaltı Qaraqoyunlu, Naftalan) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti (2011–2023).
Həyatı
Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. Milliyyətcə Qaraqoyunlu türküdür. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Mühəndislik fəaliyyətinə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlamış, böyük iş icraçısınadək yüksəlmişdir.
1997–2003-cü illərdə "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışmış, 2003-cü ildə "Azərneftyanacaq" Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2005–2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007–2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olmuşdur.
2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişdir.
28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.
2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
- 15 oktyabrda doğulanlar
- 1961-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Naftalanda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları
- Azərbaycan Respublikasının əməkdar mühəndisləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- SOCAR-ın vitse-prezidentləri