| Təzəkənd | |
|---|---|
| 40°01′08″ şm. e. 46°23′38″ ş. u.HGYO | |
| Ölkə |
|
![]() Təzəkənd | |
Təzəkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi vahidində kənd.
Tarixi
Kəndin keçmiş adi Çıraqlı olmuşdur. Yaşayış məntəqəsini 1934-cü ildə rayonun Çıraq kəndindən köçmüş ailələr saldığı üçün belə adlanmışdır. 1961-ci ildə çıraqlılar buradan köçmuşlər. 1962-ci ildə qonşu Ağcakənddən köçüb gəlmiş ailələr burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi Təzəkənd adlanmışdır.
Kənd Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsinin sonunda 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında atəşkəs bəyanatının şərtlərinə görə 25 noyabr 2020-ci ildə Azərbaycana geri verilmişdir.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Kəlbəcər rayonunun kəndləri

