Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidi

Dilçilik İnstitutu

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
AMEA Nəsimi adına Dilçilik İnstitutu
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 1932
Digər məlumatlar
Direktor Nadir Məmmədli
Ünvan Bakı, H.Cavid prospekti, 115 AZ1073
Sayt dilcilik.az

Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir.

Tarixi

1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir.

Fəaliyyət istiqamətləri

Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri.

Rəhbərləri

  • Yusif Mirbabayev (1945—1951)
  • Ağamusa Axundov (1990—2011)
  • Tofiq Hacıyev (2014—2015)
  • Möhsün Nağısoylu (2015–2021)
  • Nadir Məmmədli

Nəşrləri

  • "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası;
  • "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə);
  • "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə);
  • "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə);
  • "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə);
  • "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə);
  • "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.

Şöbələr

  • Azərbaycan dilinin tarixi şöbəsi
  • Azərbaycan dilinin dialektologiyası şöbəsi
  • Müasir Azərbaycan dili şöbəsi
  • Nəzəri dilçilik şöbəsi
  • Tətbiqi dilçilik şöbəsi
  • Süni intellekt və kompüter dilçiliyi şöbəsi
  • Qədim dillər və mədəniyyətlər şöbəsi
  • Monitorinq və linqvistik təhlil şöbəsi
  • Sosiolinqvistika və psixolinqvistika şöbəsi
  • Türk dilləri şöbəsi
  • Hind-Avropa dilləri şöbəsi
  • Terminologiya şöbəsi
  • İctimaiyyətlə əlaqələr şöbəsi
  • Təhsil şöbəsi
  • Eksperimental fonetik araşdırmalar laboratoriyası
  • Toponimika şöbəsi
  • Təchizat və xidmət şöbəsi
  • Beynəlxalq əlaqələr şöbəsi
  • Elmi nəşrlər şöbəsi
Üst