Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Asif Azərelli (19 iyul 1946, Uğurbəyli, Bərdə rayonu – 4 sentyabr 2022) — əməkdar rəssam. Ən çox qəbul edilən Dədə Qorqud obrazının yardıcısı kimi tanınır.

Asif Azərelli

Vikipediya, azad ensiklopediya
Asif Azərelli
Asif Hüseyn oğlu Rzayev
Doğum tarixi 19 iyul 1946(1946-07-19)
Doğum yeri
Vəfat tarixi 4 sentyabr 2022(2022-09-04) (76 yaşında)
Fəaliyyəti rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2015

Asif Azərelli (19 iyul 1946, Uğurbəyli, Bərdə rayonu4 sentyabr 2022) — əməkdar rəssam. Ən çox qəbul edilən Dədə Qorqud obrazının yardıcısı kimi tanınır.

Həyatı

Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Azərbaycanın Qarabağ bölgəsində Bərdə rayonunun Uğurbəyli kəndində anadan olmuşdur.

1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.

1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülmüşdür.

1980-ci ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirmişdir.

1980-ci ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur.

1983–1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olmuşdur.

Azərbaycan Rəssamlıq Akademiyasında dosent kimi çalışırdı.

Onun işləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir.

4 sentyabr 2022-ci il tarixində vəfat etmişdir.

Əsərləri

Üst