| Çıldır | |
|---|---|
| türk. Çıldır | |
| |
| Ümumi məlumatlar | |
| Mütləq hündürlüyü | 1959 m |
| Eni | 16.2 km |
| Uzunluğu | 18.3 km |
| Sahəsi | 123 km² |
| Dərin yeri | 130 m |
| Yerləşməsi | |
| 41°02′40″ şm. e. 43°15′20″ ş. u.HGYO | |
| Ölkə | |
| Yerləşməsi | Şərqi Anadolu |
![]() Çıldır | |
Çıldır gölü — Araz hövzəsinin ən böyük gölü.
Ümumi məlumat
Şərqi Anadoluda 1959 m yüksəklikdə yerləşir və Qərbi Arpa çayın mənbəyini təşkil edir. Sahəsi 123 kvadrat kilometrdir.Kısır və Akbaba dağları arasında vulkan mənşəli çuxurda yerləşən gölün uzunluğu 18,3 kilometr, maksimal eni isə 16,2 kilometrdir. Əsasən qar suları, bulaqlar, kiçik çaylarla qidalanan Çıldır gölünün orta dərinliyi 30 metrə,ən dərin yeri 130 metrə, həcmi isə təxminən 1,2 kub kilometrə çatır. Çıldır hövzəsinin illik orta temperaturu təxminən 3,5 dərəcədir.
Həmçinin bax
- Türkiyə
- Şərqi Anadolu
- Araz çayı
Kateqoriyalar:
- Əlifba sırasına görə göllər
- Türkiyə gölləri
- Türkiyənin Əhəmiyyətli Quş Bölgələri
- Arazın hövzəsi

