Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kiçik ölçülü olub 10,5 sm uzunluğa malik olurlar. Quyruqları 1,5–2 dəfə uzun olur. Rəngi və üzərindəki ləklər fərqli olur. Yuxarı hissəsi boz və qum rəngində ol

Cəld kərtənkələcik

Vikipediya, azad ensiklopediya
Cəld kərtənkələcik
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Cəld kərtənkələcik
Beynəlxalq elmi adı
  • Eremias velox Pall., 1771

Cəld kərtənkələcik (lat. Eremias velox) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü.

Xariçi görünüşü

Kiçik ölçülü olub 10,5 sm uzunluğa malik olurlar. Quyruqları 1,5–2 dəfə uzun olur. Rəngi və üzərindəki ləklər fərqli olur. Yuxarı hissəsi boz və qum rəngində olur. Üzərində isə qara və parlaq ləkələrlə örtülü olur. Qarın nahiyəsi ağ rəngdə olur.

Həyat tərzi

Əsasən səhra, yarımsəhra və dağlarda yayılırlar. Onlara 1700 m yüksəkliklərdə belə yayıla bilir. Bərkimiş qumlarda gəmiricilərin yuvalarında gizlənir və yuva qururlar. Hörümçəklər, Cücülər və digər onurğasızlarla qidalanırlar. Mövsüm ərzində 2–3 dəfə yumurta qoya bilirlər. 2–9 yumurta qoyurlar (ölçüləri 1,3–1,5 sm).

Yayıldığı ərazilər

Cəld kərtənkələlər Cənubi Qafqazın şərq hissəsində (Gürcüstanın şərqi və Azərbaycan), şimali İran, Dağıstan, Qazaxıstan və Mərkəzi Asiya, Əfqanıstanın şimalı, Monqolustan və Çin ərazilərində yayılmışdır.

Yarımnövləri

  • Eremias velox caucasia Lantz 1928
  • Eremias velox roborowskii Bedriaga 1912
  • Eremias velox velox Pallas 1771
Üst