Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Həsənağa Turabov (24 mart 1938, Bakı – 23 fevral 2003, Bakı) — Azərbaycan teatr və kino aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1982), 2 dəfə Azərbay

Həsən Turabov

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Həsənağa Turabov
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri
1991 2003
ƏvvəlkiLütfiyar İmanov
SonrakıAzər Paşa Nemətov
Şəxsi məlumatlar
Doğum tarixi 24 mart 1938(1938-03-24)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 fevral 2003(2003-02-23) (64 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Fəaliyyəti aktyor, rejissor, kinorejissor
Uşaqları Daşqın Turabov
Yalçın Turabov
Sevinc Turabova
Dini İslam

Təltifləri "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1971 Azərbaycan SSR Dövlət mükafatı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1986
"Şöhrət" ordeni — 1998

Həsənağa Turabov (24 mart 1938, Bakı23 fevral 2003, Bakı) — Azərbaycan teatr və kino aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1982), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972, 1986).

Həyatı

Həsənağa Turabov 1938-ci ilin 24 mart tarixində Bakı şəhərində anadan olmuşdur. O, 31 nömrəli orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olmuş və 1960-cı ildə ali təhsilini aktyorluq ixtisası üzrə başa vurmuşdur. Elə həmin ildən etibarən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış, ömrünün sonuna qədər bu teatrda çalışmışdır. 1987–2001-ci illər aralığında teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləmişdir. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.

2003-cü ildə vəfat etmişdir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Səhnə fəaliyyəti

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.

Kino fəaliyyəti

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki "Gəray bəy" obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək… Ürək…", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru şəxsən məhz sırf özü olmuşdur. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya…" filmləri olmuşdu.

Pedaqoji fəaliyyəti

Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 29 aprel 1971[⇨]
  • 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı:
    • 27 aprel 1972 (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasında Kamran roluna görə)[⇨]
    • 26 aprel 1986 ("Atları yəhərləyin" bədii filminin rejissorluğuna və Qaçaq Nəbi roluna görə)[⇨]
  • "Şöhrət" ordeni — 24 mart 1998
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Filmoqrafiya

  • Qara daşlar (film, 1956) aktyorHüseyn (tammetrajlı bədii film)
  • Əmək və qızılgül (film, 1962) film səsləndirənmilis işçisi (tammetrajlı bədii film)
  • Telefonçu qız (film, 1962) aktyorHüseyn (tammetrajlı bədii film)
  • Əhməd haradadır? (film, 1963) film səsləndirənƏhməd (Səyavuş Şəfiyev) (tammetrajlı bədii film)
  • Möcüzələr adası (film, 1963) film səsləndirənKamran (Oleq Xabalov) (tammetrajlı bədii film)
  • Romeo mənim qonşumdur (film, 1963) film səsləndirənSəməd (Səyavuş Aslan) (tammetrajlı bədii film)
  • Cazibə qüvvəsi (film, 1964) film səsləndirənTeymur (Xəyal Axundzadə) (qısametrajlı bədii film)
  • Ulduz (film, 1964) film səsləndirənŞubay (Səyavuş Aslan) (tammetrajlı bədii film)
  • Zirvə (film, 1964) film səsləndirənSaşa (B. Levkoviç) (qısametrajlı bədii film)
  • Arşın mal alan (film, 1965) film səsləndirənSüleyman (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)
  • Yenilməz batalyon (film, 1965) — film səsləndirən: Stepan Lemeşko (Anatoli Yurçenko)
  • Yun şal (film, 1965) rol: Cəlil
  • İstintaq davam edir (film, 1966) aktyorQuliyev (tammetrajlı bədii film)
  • İyirmialtılar (film, 1966) — film səsləndirən: Caparidze (Tengiz Arçvadze)
  • Qaraca qız (film, 1966) film səsləndirənYusif (Oleq Xabalov) (qısametrajlı bədii film)
  • Sən niyə susursan? (film, 1966) aktyormilis mayoru (tammetrajlı bədii film)
  • Yaşamaq gözəldir, qardaşım! (film, 1966) — film səsləndirən: İsmayıl (Oleq Xabalov)
  • Dağlarda döyüş (film, 1967) film səsləndirən — Mayor Nəzərov (Stanislav Kovtun) (tammetrajlı bədii film)
  • Əzim Əzimzadə (film, 1967) — Mətni oxuyan
  • İnsan məskən salır (film, 1967) film səsləndirən — Ramiz (Oleq Xabalov) (tammetrajlı bədii film)
  • Mən ki gözəl deyildim (film, 1968) film səsləndirənÇingiz (Eldar Əliyev) (tammetrajlı bədii film)
  • Bir cənub şəhərində (film, 1969) film səsləndirənCahangir (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)
  • Bizim Cəbiş müəllim (film, 1969) film səsləndirənƏsgər (tammetrajlı bədii film)
  • Dəli Kür (film, 1969)film səsləndirənÇernyayevski (Vyaçeslav Kovalkov) (tammetrajlı bədii film)
  • O qızı tapın (film, 1970) film səsləndirənXosrov (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)
  • Sevil (film, 1970) aktyorRüstəmov (tammetrajlı bədii film)
  • Yeddi oğul istərəm... (film, 1970) aktyorGəray bəy (tammetrajlı bədii film)
  • Axırıncı aşırım (film, 1971) aktyorXəlil (tammetrajlı bədii film)
  • Çay daşının göz yaşı... (film, 1971)
  • Ən vacib müsahibə (film, 1971) film səsləndirənZaur (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)
  • Gün keçdi (film, 1971) film səsləndirənOqtay (Həsən Məmmədov); aktyor — Oqtayın iş yoldaşı (tammetrajlı bədii film)
  • Nəsimi (film, 1971) — şeir və qəzəlləri oxuyan
  • Qızıl qaz (film, 1972)aktyorFazilov (tammetrajlı bədii film)
  • Xatirələr sahili (film, 1972) aktyorKamran (tammetrajlı bədii film)
  • Skripkanın sərgüzəşti (film, 1972) aktyorŞtandartanfürer (tammetrajlı bədii film)
  • Var olun, qızlar... (film, 1972) aktyorŞəmsi (tammetrajlı bədii film)
  • Yollar (film, 1972)
  • Ömrün ilk saatı (film, 1973) aktyorMehdi (tammetrajlı bədii film)
  • Səmt küləyi (film, 1973) aktyorBiçeraxov (tammetrajlı bədii film)
  • Bakıda küləklər əsir (film, 1974)
  • Çarvadarların izi ilə (film, 1974) aktyorAdil (tammetrajlı bədii film)
  • Qatır Məmməd (film, 1974) aktyorSəlimov (tammetrajlı bədii film)
  • Dörd bazar günü (film, 1975) aktyorNicat (tammetrajlı bədii film)
  • Fransa qəhrəmanı (film, 1975) — Mətni oxuyan
  • Tütək səsi (film, 1975) kadrarxası mətni oxuyan;səs: Rəhman(tammetrajlı bədii film)
  • Çətirimiz buludlardır (film, 1976) aktyorsədr (tammetrajlı bədii film)
  • Dərviş Parisi partladır (film, 1976) aktyorRəşid bəy (tammetrajlı bədii film)
  • Ürək... Ürək... (film, 1976) aktyorMurad (tammetrajlı bədii film)
  • De ki, məni sevirsən! (film, 1977) film səsləndirənrayon prokuroru (Oqtay Mirqasımov) (tammetrajlı bədii film)
  • Qərib cinlər diyarında (film, 1977) kadrarxası mətni oxuyan (tammetrajlı bədii film)
  • Sevinc buxtası (film, 1977) aktyorƏlizadə (tammetrajlı bədii film)
  • Bayquş gələndə... (film, 1978) aktyorRəşid (tammetrajlı bədii film)
  • Dantenin yubileyi (film, 1978) aktyorKəbirlinski (tammetrajlı bədii film)
  • Od içində (film, 1978) film səsləndirənXoşev (Muxtar Maniyev) (tammetrajlı bədii film)
  • Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası) — rol: Fərhad Kamalov
  • Babək (film, 1979) aktyorAfşin (tammetrajlı bədii film)
  • İstintaq (film, 1979) aktyorGeneral (tammetrajlı bədii film)
  • Qəribə adam (film, 1979) aktyorArif (tammetrajlı bədii film)
  • Mən mahnı qoşuram (film, 1979) aktyorXudayar (tammetrajlı bədii film)
  • Qızıl uçurum (film, 1980) aktyorUsta Bağır (tammetrajlı bədii film)
  • Anlamaq istəyirəm (film, 1980) aktyorHəsən (tammetrajlı bədii film)
  • Buxarlanan vədlər (film, 1980)
  • Gözlə məni (film, 1980) aktyorBöyük bəy; film səsləndirənÇekist (tammetrajlı bədii film)
  • Xeyir və Şər (film, 1980) — mətni oxuyan
  • Onun bəlalı sevgisi (film, 1980) film səsləndirənSabirov (Tofiq Mirzəyev) (tammetrajlı bədii film)
  • Yeganə çıxış yolu (film, 1980)
  • Əlavə iz (film, 1981) aktyorƏli (tammetrajlı bədii film)
  • Qorxma, mən səninləyəm aktyorCəfər (tammetrajlı bədii film)
  • Üzeyir ömrü (film, 1981) film səsləndirənaparıcı (Tofiq Mirzəyev) (tammetrajlı bədii film)
  • Yalançını evinəcən qovarlar (film, 1981)
  • İşgüzar səfər (film, 1982) film səsləndirəndəfndəki adam (tammetrajlı bədii film)
  • Qaladan tapılan mücrü (film, 1982) aktyor"Qəyyum" (tammetrajlı bədii film)
  • Nizami (film, 1982) aktyorMüzəffəri (tammetrajlı bədii film)
  • Sübut (film, 1982)
  • İlıq dənizdə buz parçası (film, 1983) aktyortəqaüdçü (tammetrajlı bədii film)
  • Park (film, 1983) aktyormədən müdiri (tammetrajlı bədii film)
  • Gümüşgöl əfsanəsi (film, 1984) aktyorAğazəki (tammetrajlı bədii film)
  • Qoca palıdın nağılı (film, 1984) aktyorNurcabbar (tammetrajlı bədii film)
  • Tənha narın nağılı (film, 1984) quruluşçu rejissor; aktyorƏli (tammetrajlı bədii film)
  • Dayan, doldurum (film, 1985)
  • Əbədi mühərrik (film, 1985)
  • Qanlı zəmi (film, 1985) quruluşçu rejissor; aktyorNəbi (tammetrajlı bədii film)
  • Məsələ yerdə deyil... (film, 1985)
  • Sizi dünyalar qədər sevirdim (film, 1985) — kadrarxası mətni oxuyan (tammetrajlı bədii film)
  • Soyuq münasibət (film, 1985)
  • Bəyin oğurlanması (film, 1985) aktyorƏsəd (tammetrajlı bədii film)
  • Hərc-mərclik (film, 1986)
  • İşarəni dənizdən gözləyin (film, 1986) aktyorbaş nazir (tammetrajlı bədii film)
  • Qəm pəncərəsi (film, 1986) aktyorMirzə Cəlil və Cəlilin atası (tammetrajlı bədii film)
  • Nəticə (film, 1986) (I)
  • Özbaşınalıq (film, 1986)
  • Şəhərli biçinçilər (film, 1986) aktyorSəlim (tammetrajlı bədii film)
  • Özgə ömür (film, 1987) film səsləndirənFariz Əmiroviç Rzayev (Aleksandr Kalyagin) (tammetrajlı bədii film)
  • Gənc qadının kişisi (film, 1988) aktyorRauf (tammetrajlı bədii film)
  • Yaramaz (film, 1988) aktyorQəzənfər (tammetrajlı bədii film)
  • Doğma sahillər (film, 1989) film səsləndirənYaşlı əcnəbi (Algimantas Masyulis) (tammetrajlı bədii film)
  • Gecə qatarında qətl (film, 1990) aktyorNağıyev (tammetrajlı bədii film)
  • Girişmə, öldürər! (film, 1990) aktyorHəsən (tammetrajlı bədii film)
  • Şahid qız (film, 1990) aktyorPolkovnik (tammetrajlı bədii film)
  • Nakəs (film, 1991) aktyor (tammetrajlı bədii film)
  • Təhminə (film, 1993) aktyorDadaş (tammetrajlı bədii film)
  • Sən həmişə bizimləsən (film, 1997)
  • Ailə (film) aktyorİsmayıl (tammetrajlı bədii film)
  • Həsən Əbluc (film, 1999)
  • Nə gözəldir bu dünya... (film, 1999) aktyormüstəntiq (tammetrajlı bədii film)
  • Bizim qəribə taleyimiz (film, 2005)
  • Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  • Papaq (film, 2007)

Xatirəsi

6 mart 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

Üst