| Bağçalı | |
|---|---|
| 41°13′ şm. e. 48°37′ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Quba rayonu |
| Əhalisi | |
| Əhalisi | 656 (2009) nəfər |
![]() Bağçalı | |
Bağçalı, Bağçaəli — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd. Bağçaəli kəndində bir təhsil ocağı, bir kitabxana və bir mədəniyyət evi vardır. Kənd meşələr və dağlarla əhatə olunub.
Toponimikası
Bağçalı oyk., düz. Keçmiş adı Bağçalı Qışlaq olmuşdur. Kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsl adı Bağça Əlidir. XIX əsrin əvvəllərində İsmayıllı r-nunun Lahıc kəndindən gəlmiş Əli adlı şəxsin ailəsinin orada məskunlaşması əsasında yaranmışdır. Lakin aparılan araşdırmalar Bağçalı toponiminin etnotoponim olduğunu söyləyir. 1933-cü ildə r-nun Talabı i.ə.v.-də Bağçaqaraxan, 1917-ci ildə Nuxa qəzasının Qaxmux bölgəsində Bağçalı kəndləri qeydə alınmışdır. Mənbələrdə bu oykonimin Baxşalı variantı da nəzərə çarpır.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 656 nəfər əhali yaşayır. Əhalisi tatlardır.
Həmçinin bax
- Quba rayonu
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Quba rayonu qaralamaları
- Quba rayonunun kəndləri
