Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Süleyman xan — Hülakülər (Elxanilər) dövlətində elxanlığa iddiaçı; Hülaku xanın oğlu Yoşmutun nəticəsi.

Süleyman xan

Vikipediya, azad ensiklopediya
Süleyman xan
Elxanilər sülaləsindən XIV elxan
(Çobanilərin iddiaçısı)
1339 – 1345
ƏvvəlkiSultan Satıbəy xatun
SonrakıƏnuşirvan xan
Şəxsi məlumatlar
Doğum tarixi XIV əsr
Vəfat tarixi
Həyat yoldaşı Sultan Satıbəy xatun
Ailəsi Çingizlilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süleyman xan — Hülakülər (Elxanilər) dövlətində elxanlığa iddiaçı; Hülaku xanın oğlu Yoşmutun nəticəsi.

Hakimiyyəti

İlkin həyatına dair məlumat azdır. 1339-cu ilin mayında Şeyx Həsən tərəfindən taxta gətirilmişdi. 1340-cı ildə Sultan Satıbəy xatunla evləndirilmişdir. 1341-ci ildə Sərbədarlar üsyanının başçıları Süleyman xanı hökmdar kimi qəbul etmişdilər. Məlik Əşrəf tərəfindən devrilməsindən sonra haqqında son məlumat 1345-ci ildə verilir.

Həmçinin bax

  • Elxani hökmdarlarının siyahısı
Üst