Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbu İsa Məhəmməd bin İsa əl-Salami əd-Dərir əl-Buği ət-Tirmizi (ərəb. أبو عيسى محمد بن عيسى السلمي الضرير البوغي الترمذي‎; 825, Termez – 892, Termez) — fars əsi

Məhəmməd Tirmizi

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Tirmizi
ərəb. الترمذي
Doğum tarixi 825(0825)
Doğum yeri
Vəfat tarixi 892(0892) (66–67 yaşında)
Vəfat yeri
Elm sahəsi hədis elmi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbu İsa Məhəmməd bin İsa əl-Salami əd-Dərir əl-Buği ət-Tirmizi (ərəb. أبو عيسى محمد بن عيسى السلمي الضرير البوغي الترمذي; 825, Termez892, Termez) — fars əsilli İslam alimi və mühəddis. O, altı böyük hədis məcmuədən biri olan və "Sünəni-Tirmizi" olaraq adlanan "əl-Cəmius-Səhih" kitabının müəllifidir. O, həmçinin İslam Peyğəmbərinin şəxsiyyəti və xarici görüşünü ilə bağlı hədislər toplusu olan, "Şəmail ət-Tirmizi" kimi tanınan "Şəmail əl-Məhəmmədiyyə" adlı əsərin də müəllifidir.

Həyatı

Tirmizinin adı Məhəmməd, künyəsi isə "Əbu İsa" (İsanın atası) idi. Onun şəcərəsi qeyri-müəyyəndir.

Əbu İsa Məhəmməd ibn İsa ibn əd-Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və Buxari, Müslüm ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.

Məhəmməd ibn İsa Tirmizi Abbasi xəlifəsi Məmun dövründə anadan olub. Doğulduğu il 209-cu hicri (824/825) olaraq bildirilmişdir. Yalnız Zəhəbi Tirmizinin hicri 210-cu (825/826) ilə yaxın doğulduğunu bildirir. Buna görə də bəzi mənbələr onun doğulduğu ili hicri 210-cu il kimi göstərmişlər. Bəzi mənbələrdə onun Məkkədə doğulduğu göstərilir. Bir çoxları onun Tirmizdə İndiki Özbəkistanın cənubu (Termez) doğulduğunu bildirir. Əlbəttə daha güclü rəydə budur. Daha dəqiq desək, o, şəhərətrafı ərazilərdən birində, Buq kəndində anadan olub. Buna görə də "Tirmizi" "Əl-Buği" deyirlər.

Yaradıcılığı

  • Sünəni-Tirmizi
  • Şəmail ət-Tirmizi

Həmçinin bax

Üst