Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hüseyn Hümmət (Hümbət) oğlu Nəcəfov (Nəcəfbəyli) (1 yanvar 1907, Kolanlı, İrəvan qəzası – 16 iyul 1967, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan

Hüseyn Nəcəfov

Vikipediya, azad ensiklopediya
Hüseyn Nəcəfov
Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi
sentyabr 1940 – yanvar 1948
ƏvvəlkiKazım İsmayılov
SonrakıYusif Yusifov
Azərbaycan SSR meşə və kağız sənayesi naziri
6 mart 1950 – 20 sentyabr 1950
SonrakıRza İsmayılov
Azərbaycan SSR meşə sənayesi naziri
28 yanvar 1948 – 6 mart 1950
ƏvvəlkiRza İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1907(1907-01-01)
Doğum yeri
Vəfat tarixi 16 iyul 1967(1967-07-16) (60 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1928–1967)
Təhsili
  • Yakov Sverdlov adına Kommunist Universiteti[d] (1937)
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni — 1946 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1945 "Qırmızı əmək bayrağı" ordeni — 1940 "Qırmızı ulduz" ordeni — 1945 "Qafqazın müdafiəsinə görə" medalı — 1944 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Hüseyn Hümmət (Hümbət) oğlu Nəcəfov (Nəcəfbəyli) (1 yanvar 1907, Kolanlı, İrəvan qəzası – 16 iyul 1967, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi (1940–1948), Azərbaycan SSR meşə və kağız sənayesi naziri (1948–1950).

Həyatı

Hüseyn Nəcəfov 1907-ci ildə İrəvan quberniyasının Kolanlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 19 yaşında olarkən Gəncəyə köçmüş və toxucu-əyirici fabrikində fəhləlik etmişdir. 1928-ci ildə ÜİK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilmiş, bir qədər sonra fabrikin həmkarlar ittifaqının katibi seçilmişdir.

1930-cu ildən Azərbaycan LKGİ Gəncə Şəhər Komitəsinin üzvü, sonra isə katibi seçilmiş, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin mədəni-maarif şöbəsinin müdiri olmuşdur. 1933-cü ildə Kommunist Partiyasının çağırışı ilə MTS-lər yanında yaradılan siyasi şöbələrdən birində işləməyə getmişdir. 1934-cü ilədək Naxçıvanın maşın-traktor stansiyalarından birində siyasi şöbənin rəisinin müavini işləmişdir. 1937-ci ildə ÜİK(b)P MK yanında Yakov Sverdlov adına Ali Təbliğatçılar Məktəbini bitirmiş və həmin ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin partiya kadrları şöbəsinin müdiri olmuşdur.

Hüseyn Nəcəfov 1939-cu ildə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilmiş, 1940–1948-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi işləmişdir. 1948-ci ildən Azərbaycan SSR meşə sənayesi naziri olmuşdur.

Hüseyn Nəcəfov SSRİ Ali Sovetinin (2-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (1-ci çağırış) və Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir. Müxtəlif illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Mərkəzi Komitə bürosunun üzvlüyünə namizəd olmuşdur.

Hüseyn Nəcəfov 1967-ci ildə Bakıda vəfat etmişdir.

Təltifləri

  • "Lenin" ordeni — 25 fevral 1946
  • "Qırmızı əmək bayrağı" ordeni — 27 aprel 1940
  • 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1 fevral 1945
  • "Qırmızı Ulduz" ordeni — 1945
  • "Qafqazın müdafiəsinə görə" medalı — 1944
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Həmçinin bax

  • Naxçıvan rəhbərlərinin siyahısı
  • Birinci Fəxri xiyabanda dəfn olunanların siyahısı
Üst