Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rafael Cəbrayılov (28 dekabr 1958, Qırmızıkənd, Neftçala rayonu – 30 sentyabr 2021, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış, IV çağırış və

Rafael Cəbrayılov

Vikipediya, azad ensiklopediya
Rafael Cəbrayılov
Şəxsi məlumatlar
Doğum adı Cəbrayılov Rafael Kamil oğlu
Doğum tarixi 28 dekabr 1958(1958-12-28)
Doğum yeri
Vəfat tarixi 30 sentyabr 2021(2021-09-30) (62 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi Koronavirus xəstəliyi
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Rafael Cəbrayılov (28 dekabr 1958, Qırmızıkənd, Neftçala rayonu30 sentyabr 2021, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış, IV çağırış və V çağırış deputatı.

Həyatı

1958-ci il dekabrın 28-də Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 10 kitabın və 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi.

Evli idi, 2 övladı var.

29 sentyabr 2021-ci ildə koronavirusdan ölmüşdür.

Fəaliyyəti

1985-ci ildən Sabirabad Rayon Prokurorluğunun müstəntiqi, baş müstəntiqi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğu Ümumi nəzarət idarəsinin prokuroru, rəis müavini, Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin, Mülki sahədə qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışmışdır. 2001–2002-ci illərdə Dəvəçi rayon prokurorunun, 2005-ci ildə Gədəbəy rayon prokurorunun köməkçisi olmuşdur.

Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin bitərəf deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olmuşdur. Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

50-dən artıq elmi-publisitik məqalənin müəllifidir.

Üst