| Kənd | |
| Sarıcalı | |
|---|---|
| 40°08′26″ şm. e. 47°10′55″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Ağcabədi rayonu |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 11.2 |
| Mərkəzin hündürlüyü | 87 m |
| Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
| Əhalisi | |
| Əhalisi | 1 753 nəfər (2015) |
| Sıxlığı | 156.5 nəf./km² |
| Milli tərkibi | Azərbaycanlılar |
| Rəsmi dili | Azərbaycan dili |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 113 |
| Poçt indeksi | AZ0428 |
| Nəqliyyat kodu | 04 |
![]() Sarıcalı | |

Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi
Əhalisinin sayı 1591 (01.01.2007-ci ilə aid olan statistik məlumata görə) nəfərdir. Kənd əhalisi əsasən, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur.
Tarixi
Sarıcalı yaşayış məntəqəsi cavanşir tayfasının sarıcalı (əslində sarıcaəlili) qolunun burada məskunlaşması nəticəsində yaranmışdır. Qədimdə sarıcalılar türk tayfası bəhmənli elinə mənsub idilər. Onlar orta əsrlərdə cavanşir tayfasına qarışmışlar.XIX əsrin əvvəllərində sarıcalılar Dərgahlı sarıcalısı, Əmiraslanbəyli sarıcalısı, Çəmənli sarıcalısı, İncilli sarıcalısı, Yetim sarıcalısı, Novruzlu sarıcalısı adlı tirələrə bölünmüşdülər.XX əsrin 30-cu illərinə qədər Ağdamın Novruzlu kəndi yaxınlığında da Sarıcalı adlı kənd olub. Qarabağ xanı olan Pənahəli xan bu tayfadandır.Ağdam, Tərtər, Cəbrayıl rayonlarında da Sarıcalı adlı kənd vardır.
Tanınmışları
- Tofiq Sarıcalınski — Dövlət xadimi
- Rüstəm Rüstəmov — Professor , alim
- Ələsgər Rüstəmov — Hüquqşünas
- Mehtiyev Qabil — əməkdar müəllim
Mehtiyev Allahşükür — Tanınmış din xadimi
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Ağcabədi rayonu qaralamaları
- Kənd qaralamaları
- Ağcabədi rayonunun kəndləri
