| Erlangen–Nürnberq Universiteti FAU | |
|---|---|
| Friedrich-Alexander-Universität Erlangen-Nürnberg | |
| | |
| |
| Əsası qoyulub | 1961 |
| Tələbə sayı | 39.658 |
| Ölkə |
|
| Sayt | fau.eu fau.de |
| 49°36′02″ şm. e. 11°00′17″ ş. u.HGYO | |
![]() | |
Erlangen-Nürnberq Universiteti və ya Fridrix-Aleksandr adına Erlangen-Nürnberq Universiteti (alm. Friedrich-Alexander-Universität Erlangen-Nürnberg, qısaltması: FAU) — təxminən 40.000 tələbəsi, 5 fakültəsi və 300-dən çox tədris proqramı ilə Almaniyanın ən böyük 15 universitetindən biridir. Münhen Lüdviq-Maksimilian Universiteti və Münhen Texniki Universitetindən sonra Bavariyanın üçüncü ən böyük ali təhsil müəssisəsidir. Universitet 1743-cü ildə Erlangen şəhərində yaradılmışdır və 1961-ci ildən bəri Nürnberq şəhərində də fəaliyyət göstərir.
Ümumi məlumat

Universitet öz adını onu quran Frankoniya bəyi Fridrix fon Brandenburq-Bayreyt və ona əhəmiyyətli dərəcədə dəstək verən Karl Aleksandr fon Brandenburq-Ansbaxın şərəfinə almışdır.
Universitetdə 308 müxtəlif tədqiqat və tədris fəaliyyəti göstərən kafedra mövcuddur. Tələbələrin təxminən üçdə ikisi Erlangen, üçdə biri isə Nürnberq şəhərlərində təhsil alır. 2019/2020-ci il qış semestri məlumatlarına görə, 38.494 tələbənin 19.451-i qadın, 5.220-si isə xarici tələbələrdir.
Almaniya hökumətinin dünya miqyasında rəqabətədavamlı elmi-tədqiqat fəaliyyətlərini dəstəkləmək üçün 2006-cı ildən bəri həyata keçirdiyi "Ekselent təşəbbüsü" (alm. Exzellenzinitiative) çərçivəsində universitet nəznində iki əsas mərkəz maliyyələşdirilir: Telekommunikasiya mühəndisliyi və materialşünaslıq sahəsində fəaliyyət göstərən "Erlangen Qabaqcıl Optik Texnologiyalar Aspirantura Məktəbi" (ing. Erlangen Graduate School in Advanced Optical Technologies, qısaltması: SAOT) və "Qabaqcıl Materiallar və Proseslərin Mühəndisliyi" (ing. Engineering of Advanced Materials and Processes, qısaltması: EAM) klasteri.
Beynəlxalq reytinqlər
FAU Materialşünaslıq, Kimya, Kimya mühəndisliyi, Maşınqayırma, Telekommunikasiya və Elektrik-Elektronika mühəndisliyi başda olmaqla bir çox beynəlxalq reytinqlərdə dünyanın ən yaxşı 200 universiteti sırasına daxil olmuşdur. Universitetin ən mühüm nailiyyətlərindən biri "Reuters" tərəfindən müəyyən edilən dünyanın ən innovativ universitetləri siyahısında Almaniya universitetləri arasında 1-ci, dünya miqyasında isə 14-cü yeri tutmasıdır.
- Times Higher Education 2020: 183-cü yer
- QS World University Rankings 2020: 319-cu yer
- Reuters Top 100 World's Most Innovative Universities 2019: Dünyada 14-cü yer, Avropada 2-ci yer, Almaniyada 1-ci yer.
- U.S. News & World Report Best Global Universities 2019: 240-cı yer
Fakültələr
2007-ci ildən bəri universitet aşağıdakı beş fakültəyə bölünmüşdür:
- Tibb fakültəsi
- Təbiət elmləri fakültəsi
- Fəlsəfə və İlahiyyat fakültəsi
- Hüquq və İqtisadiyyat fakültəsi
- Texniki fakültə
Həmçinin bax
- Almaniya universitetlərinin siyahısı
- Hüququn tarixi məktəbi
- Əlifba sırasına görə təhsil müəssisələri
- 1961-ci ildə yaradılmış təhsil müəssisələri
- Almaniya universitetləri
- Bavariya universitetləri
- 1742-ci ildə yarananlar
