Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məscidin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabrında qoyulub. Buradakı tikinti işləri “PMD GROUP” tərəfindən h

Hadrut məscidi

Vikipediya, azad ensiklopediya
Hadrut məscidi
Xəritə
Ölkə
  •  Azərbaycan
Üslubu İslam memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadrut məscidiXocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscid.

Tarixi

Məscidin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabrında qoyulub. Buradakı tikinti işləri “PMD GROUP” tərəfindən həyata keçirilib.

Məscidin açılışı 2025-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Memarlıq xüsusiyyətləri

Məscid layihəsi Hadrut qəsəbəsinin bərpa-yenidənqurma planına uyğun olaraq hazırlanıb. Layihə çərçivəsində məscidin ümumi tutumu, mərtəbələrin funksional bölgüsü və fasad dekorasiyası ilkin təməl mərhələsində müəyyən olunmuş göstəricilərə uyğun şəkildə icra olunub.

Məscidin konstruksiyası ikimərtəbəli ibadət salonu, qadınlar üçün ayrılmış ikinci mərtəbə zalı və milli memarlıq üslubuna uyğun bəzək elementlərini özündə birləşdirir. Minarənin hündürlüyü təməl mərhələsində nəzərdə tutulmuş göstəriciyə uyğun olaraq təqribən 25 metr olaraq layihələndirilib, ibadət zalı isə 210 nəfərin eyni vaxtda ibadət etməsi üçün planlaşdırılıb.

Üst