| Məmməd Abbasov | |
|---|---|
| 2003 – 4 fevral 2013 | |
| Baş nazir | Əlövsət Baxşıyev |
| 1991 – 2003 | |
| Baş nazir | Şəmsəddin Xanbabayev Əlövsət Baxşıyev |
| 13 sentyabr 1988 – 1991 | |
| Əvvəlki | Tahir Əliyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 10 avqust 1949 (76 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| | |
| Təltifləri | |
Məmməd Cəfərqulu oğlu Abbasov (10 avqust 1949, Çərçiboğan, Noraşen rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Kommunist Partiyası İliç (Şərur) Rayon Komitəsinin birinci katibi (1988–1991), Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2003), Naxçıvan MR Baş nazirinin müavini — kənd təsərrüfatı naziri (2003–2013).
Fəaliyyəti
Məmməd Cəfərqulu oğlu Abbasov 10 avqust 1949-cu ildə hazırkı Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1979-cu ildən Çərçiboğan kolxozunda baş iqtisadçı, M. Hüseynzadə adına kolxozda sədr, 1981-ci ildən isə Naxçıvan MSSR Nazirlər Sovetində Kənd təsərrüfatı şöbəsinin müdiri işləmişdir.
1982-ci ildə partiya işinə keçərək Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində şöbə müdiri, 1985-ci ildən Azərbaycan KP Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsində inspektor işləmiş, 1986–1988-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında 2 il əyani təhsil almışdır. 1988-ci ildən Azərbaycan KP İliç (Şərur) Rayon Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilmişdir. Sonralar Naxçıvan MR Baş nazirinin müavini — kənd təsərrüfatı naziri işləmiş, 4 fevral 2013-cü ildə vəzifəsindən azad olunmuşdur.
Məmməd Abbasov XI çağırış Naxçıvan MSSR Ali Sovetinin, XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. 29 avqust 1991-ci ildə və 5 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyalarında redaksiya komissiyası tərkibinə daxil edilmişdir.
- 10 avqustda doğulanlar
- 1949-cu ildə doğulanlar
- Yaşayan insanlar
- Şərur rayonunda doğulanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları
- Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının məzunları
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası İliç Rayon Komitəsinin birinci katibləri
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin XI çağırış deputatları
- Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirləri
- Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavinləri
- Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavinləri