Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Quba məscidi və ya Məscidu Quba (ərəb. مسجد قباء‎; Rom: Məscidu Quba) — İslam peyğəmbəri Məhəmməd tərəfindən Məkkədən Mədinəyə hicrət edilərkən yolda dayandığı

Quba məscidi

Vikipediya, azad ensiklopediya
İslam
Quba məscidi
Xəritə
Din
Ölkə
Memarlıq
Tikdirəni
  • Məhəmməd
Memarı Əbdül Vahid əl-Vəkil
Üslubu İslam memarlığı
Minarələrin sayı 4 (hal-hazırda)
1 (əvvəllər)
Günbəzlərin sayı 56
Tutumu 20.000
Hündürlüyü 25 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Quba məscidi və ya Məscidu Quba (ərəb. مسجد قباء; Rom: Məscidu Quba) — İslam peyğəmbəri Məhəmməd tərəfindən Məkkədən Mədinəyə hicrət edilərkən yolda dayandığı Quba məntəqəsində inşa edilmiş və məscidin inşaatı prosesində şəxsən Məhəmmədin də iştirak etdiyi İslamda tikilən ilk məsciddir.

Coğrafiyası

Quyuları və xurma bağları ilə məşhur olan bərəkətli bir vahə üstündə tikilmiş və adını oradakı bir quyudan almış olan Quba, hicrətdə Məkkə yolu üzərində olan və Mədinədən 6 mil məsafədə yerləşən bir kənd olmuşdur. Hicrətdən sonrakı dövrdə Mədinənin inkişafı ilə paralel olaraq sürətlə böyüyərək inkişaf etmiş və şəhərin məhəllələrindən birinə çevrilmişdir. Məhəmmədin "cənnət bulaqları arasından bir bulaq" deyə təriflədiyi Qars və üzüyünü itirdiyi Əris quyuları da burada yerləşir.

İnşası

Məhəmməd Məkkədən yola çıxaraq, on bir günlük səfərindən sonra Qubaya çatdıqda, Xəzrəcin bir qolu olan Əmr ibn Əvfin övladlarından olan Külsüm ibn əl-Hidmin evində qonaq qalmışdır. O, evinin genişliyinə görə daha münasib bildiyi Səd ibn Heysəmin evində də yoldaşları ilə söhbət etmişdir. Qubaya gələn ilk mühacirlər Əmr ibn Əvf oğullarına məxsus olan xurma qurutma yerini məscidə çevirmişlər. Məhəmməd isə öz növbəsində buranı daha da genişləndirərək Quba məscidini tikdirmişdir. Orijinal Məscidu Quba kvadrat formalı düzbucaqlını əhatə edən dörd divardan ibarət olmuşdur. Məhəmməd qiblə Kəbəyə çevrildikdən sonra (miladi 623-cü il) isə Məscidu Qubanı yenidən tikdirmişdir. Bu vaxt isə ön divar və ona paralel olaraq düzülmüş olan yeddi sütun üstünə tavan tikilmişdir. Məscidin cənub tərəfində isə Külsüm ibn əl-Hidm və Səd ibn Heysəmin evləri yerləşirdi və Sədin evindən məscidə bir qapı açılırdı. Məhəmmədin qonaq qaldığı bu evlər də müsəlmanlar tərəfindən ziyarət edilərdi. Səd ibn Heysəmin evində Məhəmməd namaz qıldığı və səhabələri ilə söhbət etdiyi yer 1985-ci ildəki son yenidənqurma işlərinə qədər mühafizə edilərək saxlanılmış və bu genişlənmə prosesində isə Quba məscidinə daxil edilmişdir.

İslamda əhəmiyyəti

Quba məscidində namaz qılmağı ümrəyə bərabər hesab edən Məhəmməd Mədinədə olarkən şənbə günləri, bəzən isə bazar ertəsi günləri və Ramazan ayının 17-də burada namaz qılırdı. Namaz qılmaq üçün Quba məscidinə gedən peyğəmbər, orada verilən Quran dərslərinə nəzarət edər, ona verilən sualları cavablandırardı. Tövbə surəsi 108-ci ayədə də adı çəkilmiş olan və ilk günündən etibarən "təqva üzərində tikildiyi" bildirilən məscidində Quba məscidi olduğu hesab edilir. Həmçinin də, burada nəzərdə tutulan məscidin Məscidül-Nəbi olması ehtimalı da mövcuddur.

Üst