Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zivər Ağayeva 1934-cü ildə Qazıməmməd rayonunun (indiki Hacıqabul rayonu) Qarasu kəndində dəmiryolçu ailəsində anadan olub. O, Qazıməmməd rayonunda yeddi illik

Zivər Ağayeva

Vikipediya, azad ensiklopediya
Zivər Ağayeva
Doğum tarixi 1934(1934)
Doğum yeri
Vəfat tarixi 22 iyun 2015(2015-06-22) (80–81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti şair, yazıçı, mahnı yazarı[d]
Əsərlərinin dili Azərbaycan dili

Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi.

Həyatı

Zivər Ağayeva 1934-cü ildə Qazıməmməd rayonunun (indiki Hacıqabul rayonu) Qarasu kəndində dəmiryolçu ailəsində anadan olub. O, Qazıməmməd rayonunda yeddi illik məktəbi bitirdikdən sonra 1951-ci ilə qədər Bakı Tibb Texnikumunda təhsilini davam etdirib. Daha sonra 1962–1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Zivər Ağayeva 22 iyun 2015-ci ildə Bakıda vəfat edib.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1968-ci ildə "Azərbaycan qadını" jurnalında başlamış, poeziya, müxbir məktubları şöbələrinin redaktorları vəzifələrində çalışmışdır. 1993-cü ildə təqaüdə çıxıb.

Yaradıcılığı

Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərib və dövri mətbuatda şeirləri ilə çıxış edib. 1965-ci ildə "Ana" və "Oğul istəyirəm" şeirləri "Azərbaycan qadını" jurnalında dərc edilib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. O, 9 kitabın müəllifidir.

Zivər Ağayeva "Yaşa, mənim xalqım", "Ana torpaq", "Mən baharın qızıyam", "Necə unudum səni", "Aldatmayaq bir-birimizi", "Axtarır gözüm səni", "Darıxıram", "Dünya", "Sən olmasan", "Xoşum gəlir", "Unuda bilmirəm" və "Bülbülüm" də daxil olmaqla 200-ə yaxın mahnının sözlərinin müəllifidir. Zeynəb Xanlarova, Flora Kərimova, Şövkət ƏləkbərovaMəmmədbağır Bağırzadə də daxil olmaqla Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.

Kitabları

  • "Sürəyyanın yuxusu", Bakı: Gənclik, 1971
  • "Özün seç, özün bəyən", Bakı: Gənclik, 1975
  • "İlk baharda gəlmişəm", Bakı: Gənclik, 1979
  • "Dənizlə görüş", Bakı: Gənclik, 1984
  • "Kimlərə qaldı dünya", Bakı: Şirvannəşr, 2001
  • "Axar sular geri dönməz", Bakı: Azərnəşr, 2009
Üst